Sabiq rabitə və yüksək texnologiyalar naziri barəsində cinayət işi açıldı?!


Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca cinayət işi başlanıb.

Trend-in məlumatına əasən, sabiq nazirin barəsində olan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib.

Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

-----------------------------------------------------------
Sabiq nazir isə APA-ya açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.

O, hazırda evində olduğunu da əlavə edib.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
20
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər