Prezident nazirə yeni müavin təyin etdi


Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu.

O, 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində çalışıb.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
20
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər