Rabitə və yüksək texnologiyalar nazirinin yeni köməkçisi


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə özünə yeni köməkçi təyin edib.

Bu barədə nazirliyin rəsmi internet səhifəsində qeyd olunub. Nazirin yeni köməkçisi Emin Tahir oğlu Məmmədovdur. O, 2010-2016-cı illərdə Heydər Əliyev Fondunun Humanitar proqramlar departamentinin Təhsil, gənclər və idman şöbəsində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.

Xatırladaq ki, E. Məmmədovdan öncə bu vəzifəni Ehtiram Kərimov tutub.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
20
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər