Yeni rabitə və yüksək texnologiyalar naziri - SƏRƏNCAM


Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bununla bağlı ölkə başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla R. Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, ölkə başçısı ötən ilin noyabr ayında Ramin Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi ilə bağlı sərəncam imzalamışdı.

Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 2015-ci il noyabrın 12-də vəzifəsindən azad edilmişdi.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
20
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər