Nail Mərdanov vəzifəsindən azad edildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov vəzifəsindən azad edilib. Nail Mərdanovun yerinə artıq yeni təyinat da olub.

Belə ki, Elnar Əsədov MHM-in direktoru vəzifəsinə təyin edilib. Adı çəkilən qurumda direktor müavinlərinin də işdən azad olunduğu bildirilir.

Qeyd edək ki, Nail Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı. MHM RYTN-nin bir sıra böyük İT layihələrinin, billinq sistemlərinin icrası və istismarını həyata keçirir. Bu qurum həmçinin AzDataKom dövlət provayderinin idarəçiliyini, Elektron imza infrastrukturuna nəzarəti və «Elektron Hökumət» portalının operatoru funksiyasını yerinə yetirir. Elektron xidmətlərin Reyestri, Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestri, Mobil cihazların qeydiyyat sistemi də MHM tərəfindən aparılır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə həmdə nazir əvəzidir.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
20
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər