Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni rəhbər təyinatı


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni texniki direktor təyin olunub. Əldə edilən məlumata görə, bu şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir. Razi Tağıyev daha öncə “AZ-Evrotel” MMC-nin internet şöbəsinin rəisi və “Aztelekom” İstehsalat Birliyinin baş direktor müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, “MTN işi” çərçivəsində aparılan əməliyyatlar zamanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub. Onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi. Rəsul Qurbanovu isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin ediblər.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
21
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər