PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatı ilə təltif olunub


Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda illik iclası zamanı GlobalFinance işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’sBest Banks” mükafatı laureatlarının təntənəli mükafatlandırma mərasimikeçirilmişdir. WellsFargo, Akbank, Raiffeisen Bank və s. bu kimi beynəlxalq maliyyə institutları ilə yanaşı, əsas əməliyyat ölkəsində ən yaxşı bank adına Azərbaycanın ən iri banklarında biri – PAŞA Bank layiq görülmüşdür.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu nüfuzlu mükafata layiq görülmək beynəlxalq ekspertlər tərəfindən Bankın nailiyyətlərinin növbəti təsdiqidir.

T.Kazımov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Fəaliyyəti dövründə PAŞA Bank ən yaxşı dünya təcrübələrinə əsaslanmışdır və bu hələ də davam edir. Nəticədə isə Bank hal-hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə öz müştərilərinə ən yüksək səviyyədə geniş xidmətlər spektrini təqdim edir. Bazar şəraitinin dəyişməsinə baxmayaraq, 2016-cı ildə biz həm kredit portfelinin keyfiyyətini yüksək səviyyədə təmin edir, həm də biznesin həcmlərini artırırıq. Bütün bunlar maliyyə institutu kimi həm yerli, həm də beynəlxalq səviyyədə bizə olan etimadınartmasından xəbər verir. Bununla əlaqədar olaraq, müştərilərimizi bu uğur münasibətilə təbrik etmək və Bankın əməkdaşlarına gündəlik fəaliyyətlərində yüksək peşəkarlıq nümayiş etdirdiklərinəgörə minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, GlobalFinance jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.

Aid olduğu bloglar

Paşa Bank

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

Oxucuları
1
Başlıqları
10
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər