PAŞA Bankın ekspertləri jurnalistlərlə görüş keçirib


Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın «British Council» ilə əməkdaşlıqda həyata keçirdiyi Yerli biznes-jurnalistikasının inkişafı proqramının ikinci mərhələsi başa çatıb. Növbəti treninq çərçivəsində layihənin iştirakçıları qarşısında təqdimatlarla Bankın ekspertləri — Xəzinədarlıq departamentinin direktoru Bəhruz Nağıyev və Debitorların maliyyəşməsi şöbəsinin rəisi Aynurə Piriyeva çıxış edib.

PAŞA Bankın nümayəndələri jurnalistlərə yerli bank bazarının iş prinsipləri, yerli və beynəlxalq hesabat standartlarının incəlikləri, tənzimləyicinin normativ tələbləri, Bankın timsalında şirkətin maliyyə blokunun fəaliyyətinin qurulması, gecikdirilən və problemli kreditlərin hesablanması metodologiyası haqqında danışıb. Ekspertlər kütləvi informasiya vasitələrinin nümayəndələrinə bank bazarındakı cari proseslər haqqında məlumat verib, sektorun gələcək inkişafına dair fikirləri ilə bölüşüb, habelə treninq iştirakçılarını maraqlandıran suallara cavab verib.

Xatırladaq ki, yerli biznes-jurnalistikanın inkişafı üzrə Proqram Böyük Britaniya «Thomson Foundation»-dan dəvət olunmuş peşəkar təlimatçı rəhbərliyi altında aparılan bir sıra xüsusi media-kurslardan və yerli KİV jurnalistlərinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir ki, bu proqram çərçivəsində Azərbaycan kütləvi-informasiya vasitələri işçilərinin bu ölkənin aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi planlaşdırılır.

Layihənin başlıca məqsədi, iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasından ibarətdir ki, onlar avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla, əldə etdikləri bacarıqları ölkədə baş verən iqtisadi dəyişikliklərin və müxtəlif biznes-proseslərin daha peşəkarcasına işıqlandırılmasında və təhlilində tətbiq edə biləcəklər.

Aid olduğu bloglar

Paşa Bank

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

Oxucuları
1
Başlıqları
10
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər