Azərbaycanlı jurnalistlər Londonda sertifikata layiq görüldülər


«British Council» PAŞA Bank ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan jurnalistləri üçün bizneslə bağlı mətbuat mövzularını əhatə edən təlim proqramı sona çatıb.

Təlimdə məqsəd ölkədə ədalətli və peşəkar xəbərlər hazırlayan gənc aparıcı jurnalistlərin yetişdirilməsinə dəstək göstərmək və Azərbaycanda biznes mövzularını əhatə edən jurnalistika standartlarının inkişafına yardım etməkdir.

«British Council» Paşa Bank-la birlikdə «Caspian İnternational Broadcasting», ANS TV, İctimai TV, Lider TV, EL TV, Trend, APA, Report, Fins.az, SalamNews da daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalistini layihədə iştirak üçün seçib.

Bu media nümayəndələri tanınmış jurnalist Dan Mason tərəfindən xüsusi hazırlanmış biznes jurnalistikası kursunu keçərək, Birləşmiş Krallığın görkəmli jurnalistləri ilə görüşüblər, o cümlədən media təşkilatlarına səfər ediblər.

Səfər çərçivəsində «The Daily Telegraph», «BBC», «Press Association» kimi media qurumlarında görüşlər keçirilib, onların fəaliyyəti ilə yaxından tanış olublar.

Media nümayəndələri Böyük Britaniyanın Lordlar Palatasında olublar. Məlumat verilib ki, bu ölkənin qanunvericilik hakimiyyəti parlamentə məxsusdur. Parlament 3 hissədən ibarətdir: dövlət başçısı, lordlar palatası və icmalar palatası. Bu onunla əlaqədardır ki, qanun layihəsi hər iki palata tərəfidən qəbul edildikdən və monarx tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İcmalar palatsı 651 üzvdən ibarətdir.

Jurnalistlər həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfirliyində olublar, oranın fəaliyyəti ilə yaxından tanış olublar.

Böyük Britaniyada 1 həftəlik səfər çərçivəsində media nümayəndələri bu ölkənin tarixi, mədəniyyəti haqda da geniş məlumatlar əldə etmək imkanı qazanıblar.

Qeyd edk ki, layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.

Bu 2011-ci ildən «British Council» tərəfindən jurnalistlər üçün təşkil edilən uğurlu layihənin davamı olan unikal bir layihədir. Layihənin əsas məqsədi seçilmiş jurnalistlərin ehtiyaclarına uyğun olaraq hazırlanmış xüsusi təlim proqramı vasitəsilə milli medianın peşəkar bilik və bacarıqlarını gücləndirməkdir.

Layihə iştirakçıları sonda Birləşmiş Krallığın Thomson Fondu tərəfindən sertifikata layiq görülüblər.

Aid olduğu bloglar

Paşa Bank

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

Oxucuları
1
Başlıqları
10
Reytinq
0.00

1 şərh

alvinaash
Best Post «Azərbaycanlı jurnalistlər Londonda sertifikata layiq görüldülər»
write my essay

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər