“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı

Görmə məhdudiyyətli insanlara dəstək məqsədilə “Nar” və «Radio Antenn»in birgə həyata keçirdiyi “Canlı kitab” layihəsi artıq yekunlaşıb. 3 ay müddətində «Radio Antenn» 101 FM-in efirində Azərbaycan və dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri səsləndirilib və audio-kitablar şəklində yazılıb. Yaddaş kartlarına köçürülmüş audio-kitablar Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi və Respublika Gözdən Əlillər kitabxanasına təqdim edilib. Bununla da “Nar”ın dəstəyilə yaradılan səsli ədəbiyyat kitabxanası görmə məhduyyəti olan şəxslər üçün daha əlçatan olub.

“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, layihənin əsas məqsədi görmə məhdudiyyətli insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır: “Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək və insanların elmə marağının artması istiqamətində davamlı olaraq sosial layihələr icra edir. “Canlı kitab” layihəmiz ilə görmə məhdudiyyətli insanların Azərbaycan dilində mütaliəsi üçün məhdudiyyətin aradan qalxmasına töhfəmizi verməyə çalışdıq. Düşünürük ki, yaradılan audio-kitabxana həm görmə məhdudiyyəti olan şəxslərə, həm də ədəbiyyatı sevən insanlara yararlı olacaq. “Nar” olaraq fiziki məhdudiyyətli insanlara dəstək istiqamətində gələcəkdə də əhəmiyyətli layihələr icra etməkdə davam edəcəyik”.

Qeyd edək ki, 3 ay müddətində “Radio Antenn” 101 FM-in canlı efirində C.London, Q.Q.Markes, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.C.Paşayev, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdulla və digər yazarların müxtəlif əsərləri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib. “Canlı kitab” layihəsinin əsas məqsədi görmə məhdudiyyətli şəxslər üçün mütaliə imkanı yaratmaq və insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/

Oxucuları
27
Başlıqları
327
Reytinq
3.55

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər