“Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!


“Nar” tamamilə yeni “Smart balans” kampaniyasına start verib. Abunəçilər üçün nəzərdə tutulan bu xüsusi təklifdən M.Cəfərov 3005 ünvanında yerləşən “Nar” satış-xidmət mərkəzində yararlanmaq olar. Belə ki, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən mərkəzdən smartfon alan hər bir “Nar” abunəçisi əldə etdiyi smartfonun dəyərinin müəyyən faizini geri ala bilir. “Samsung J3” alarkən 19 AZN, “Samsung J5” aldıqda isə 36 AZN 24 saat ərzində abunəçinin istifadə etdiyi “Nar” nömrəsinin balansına qayıdır.

“Nar” tarif, məhsul, xidmət və kampaniyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/az/

Oxucuları
26
Başlıqları
196
Reytinq
3.55

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər