“Nar”-ın dəstəyilə keçirilən NETTY-2018 internet müsabiqəsi nominantları müəyyən edir


“Nar”-ın dəstəyilə keçirilən milli internet müsabiqəsi NETTY 2018 iştirakçılar arasından nominantların seçim prosesinə başladı. Azərbaycanın ən yaxşı İT-layihələr, innovasiyalar və mütərəqqi ideyalar, həmçinin, Milli İT sahəsinin və internetin inkişafında rolu olan mütəxəssislər ənənəvi olaraq NETTY 2018 tərəfindən mükafata layiq görülür.

NETTY-2018 qalibləri 15 nominasiya üzrə müəyyən edilir. Müsabiqənin “Ekspert şurası” hər nominasiya üzrə üç nominant seçir. Əlavə olaraq, “Virtual münsiflər heyəti” də ümumilikdə üç nominant seçəcək. Mükafata namizədlərin tam siyahısı 23 may tarixində elan ediləcək.

Ekspert şurasının və Virtual münsiflər heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası yekun səsverməyə başlayacaq. Həmçinin, müsabiqədən kənar, fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir. NETTY-2018 qalibləri rəsmi olaraq, bütün nominantların iştirakı ilə keçirilən, mükafatlandırma mərasimində elan edilirlər.

Qeyd edək ki, “Nar” ənənəvi olaraq İKT sahəsində irəli sürülən təşəbbüslərə dəstək olur və bu sahənin inkişafına xüsusi önəm verir. “Nar” özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində İT layihələrinə və Azərbaycanda elmi maariflənməyə yönəlik müsabiqələrə dəstək olur. Mobil operator, həmçinin, yüksək keyfiyyətli mobil və sabit internet xidmətlərini sərfəli qiymətlərə təklif etməklə ölkədə internetin hər kəs üçün əlçatan edir.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/az/

Oxucuları
26
Başlıqları
207
Reytinq
3.55

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər