“Nar” və “Avtostop” radio verilişindən maraqlı müsabiqə


“Nar” və DJ Tural Yusifovun müəllifi olduğu “Avtostop” radio layihəsi yeni müştərək aksiyaya start veriblər. Belə ki, 2 aprel – 21 may 2018-ci il tarixləri arasında hər həftənin bazar ertəsi saat 18:00-dan 19:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri “Nar” tərəfindən xüsusi mükafatlarla təbrik ediləcəklər. Yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil ope
ratordan dəyərli hədiyyələr qazanmaq fürsəti əldə edəcəklər.

Qeyd edək ki, “Nar” ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” MMC 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/

Oxucuları
26
Başlıqları
231
Reytinq
3.55

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər