“Nar” Barselonada keçirilən Mobil dünya konqresində iştirak edib


“Nar” nümayəndə heyəti dünyanın aparıcı İKT şirkətləri, telekommunikasiya nəhəngləri və mobil operatorlarının qatıldığı Mobil dünya konqresində (GSMA Mobile World Congress) iştirak edib. İspaniyanın Barselona şəhərində keçirilən bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib. Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılıblar.

Tədbirdə aktiv iştirak edən “Nar” nümayəndə heyəti digər konqress iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılaraq təcrübə mübadiləsi aparıb, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında öz fikirlərini bölüşübər. Hər zaman innovativ texnologiyalara üstünlük verən şirkətin rəhbər heyəti Mobil dünya konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də fəal iştirak edib. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə qonağın qatıldığı mötəbər tədbirdə fərqli sessiyalar keçirilib.

“Nar” haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/az/

Oxucuları
26
Başlıqları
188
Reytinq
3.55

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər