Nar Mobile təqdim edir: “Yayın təklifi”


“Nar” bu dəfə “Yayın təklifi” kampaniyasına start verdi. Bu fürsətdən yararlanan müştərilər 6 ay ərzində ümumilikdə 100 AZN danışıq balansı və 600 MB internet trafiki əldə edəcəklər. Kampaniya iyulun 29-dan avqustun 30-dək davam edəcək. Kampaniyaya qoşulmaq üçün “World Telecom” mağazalarından “Micromax BOLT Q383” və ya “Micromax BOLT S302” modellərindən birini almaq kifayətdir. Smartfonlar üçün sərfəli ödəniş şərtləri təyin edilmişdir.

Müştərilər bu smartfonları ayda 9 AZN (Micromax S302) və 12 AZN-dən (Micromax Q383) başlayan qiymətlərlə, faizsiz və 12 ayadək ödənişlə əldə edə bilərlər. Smartfonlar üçün 30 AZN (Micromax S302) və 40 AZN (Micromax Q383) ilkin ödəniş nəzərdə tutulmuşdur.

Bonusların aktiv edilməsi üçün balans hər ay ən az 5 AZN nominalda artırılmalıdır. Bonusların qalığını yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq və ya «I» yazıb 777 qısa nömrəsinə mesaj göndərmək lazımdır.

“Yayın təklifi” kampaniyası haqqında ətraflı məlumatı nar.az saytında əldə etmək olar.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/az/

Oxucuları
25
Başlıqları
147
Reytinq
3.55

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
68
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər