Nar Mobile internet provayderi olan CityNet-i satın adı


“Nar” ölkənin ən iri sabit internet provayderindən biri olan “CityNet”-i satın aldı. Bu barədə şirkətin rəsmi press relizində deyilir:

“Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksək sürətli və keyfiyyətli sabit internet xidmətlərindən rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.

Hazırda “CityNet” Abşeron ərazisində FTTx (fiber optik) və ADSL (Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini təklif edir. Bu birləşmə nəticəsində “Nar” operatorunun mobil həllərinin dəstəyi ilə “CityNet” inkişaf dinamikasını artırmaq və yeni cəlbedici xidmətlər təqdim etmək imkanı qazanacaq.

Bu gün “Nar” genişləndirilmiş, yenilənmiş və rəqabətədavamlı mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan yüksəksürətli mobil internet xidməti göstərir. Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılıb və gələcəkdə bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılır.

“Nar”, sərfəli qiymət və ən üstün xidmət keyfiyyətini təmin etdikdən sonra, “Nar-CityNet” brendi altında “CityNet” tərəfindən təklif edilən məhsulların siyahısını innovativ telekommunakasiya və əyləncə xidmətləri ilə genişləndirməyi nəzərdə tutur. Bununla da, şirkətlər gələcəkdə müştərilər üçün daha əlverişli və sərfəli şərtlərlə mobil və sabit internet xidmətlərinin birgə təqdim olunduğu paketlər təklif edəcəklər.

“Bu, “Nar” üçün çox böyük və əhəmiyyətli addımdır. Belə ki, biz xidmətlərimizi sabit internet və pullu televiziya sahəsinə doğru genişləndiririk. Yaranmış yeni vəziyyət müştərilərimizə imkan verəcək ki, onlar bizim üstün keyfiyyətimiz və sərfəli təkliflərimizdən təkcə mobil xidmətlər üçün deyil, eləcə də evlərə təqdim olunan sabit xidmətlər üçün də yararlana bilsinlər. Azərbaycanda ilk dəfə mobil operator müştərilərinə həm mobil, həm də sabit xidmətləri bir brend adı altında təqdim edəcək. Bu, müştərilərimizə innovativ xidmətlərdən maksimum rahatlıqla və ən sərfəli şərtlərlə istifadə etmək təminatı verəcək”, – deyə “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Kent Maknili açıqlama verib.
Öz növbəsində, “Uninet” şirkətinin (“CityNet” ticarət nişanı) icraçı direktoru Rasim Kərimov isə bu yeniliyi çox mühüm addım adlandırıb: “Müştərilərimiz üçün yeni imkanlar yaradırıq. Biz öz xidmətlərimizi genişləndirərək, müştərilərimizi yeni məhsullar və xidmətlərlə sevindirəcəyik”, – deyə o bildirib.

“Nar-CityNet” Abşeronun böyük hissəsini əhatə edir. Xidmətin istədiyiniz ünvanda mövcudluğunu www.citynet.az saytında yoxlamaq mümkündür. Xidmətə indi qoşulanlar 1 aylıq pulsuz internet və IPTV xidmətindən istifadə etmək fürsəti qazanırlar. Hər bir istifadəçi özünə uyğun tarifi seçərək, yüksəksürətli və keyfiyyətli limitsiz internetdən, həmçinin IPTV xidmətindən ev üçün aylıq 18 AZN, iş yerləri üçün isə aylıq 29 AZN ödəməklə yararlana bilər və beləliklə, çox sərfəli qiymətə əldə etdiyi xidmətdən istifadənin rahatlığını ilk gündəcə hiss edər.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/az/

Oxucuları
25
Başlıqları
127
Reytinq
3.55

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
67
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər