Nigar Arpadarai "Azerfon" şirkətini tərk etdi


Technimum olaraq texnologiya sahəsində çalışan peşəkarlarınrəhblərin yeni vəzifə təyinatları, işdən ayrılmaları və s. kimi mövzuları da daim diqqətdə saxlamağa çalışırıq.
Bu dəfəki xəbərimiz “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai ilə bağlıdır. Belə ki, xanım Arpadarai şirkətdə tutduğu vəzifəsini tərk edib.

Bu barədə Technimum-a Nigar Arpadarainin özü məlumat verib. N. Arpadarai bildirib ki, o, sabahdan etibarən 2016-cı ildə Bakıda keçiriləcək «Avropa Formula 1 Grand-prix» yarışının Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışacaq.

Məlumat üçün bildirək ki, Nigar Arpadarai 2009-cu ildən Azerfon şirkətində Marketinq Ünsiyyət vasitələri, Brendin Strateji Mövqeləndirilməsi üzrə Menecer vəzifələrində çalışıb. 2012-ci ildən etibarən isə Azerfon şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik etməyə başlayıb.

2006-2009 illər ərzində xanım Arpadarai öncə Avropa Komisiiyasının Azərbaycandakı Xüsusi Elçisinin Ofisinin Əlaqələndirici Şəxsi, sonradan isə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin Mətbuat Katibi vəzifələrində fəaliyyət göstərmişdir. Nigar xanımın iş təcrübəsinə o cümlədən, Yunanıstan Respublikasının Azərbaycandakı Səfirliyində və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda iş daxildir.

Aid olduğu bloglar

Nar

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.nar.az/az/

Oxucuları
25
Başlıqları
127
Reytinq
3.55

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər