“Mastercard” Azərbaycan istifadəçilərinə “Disneyland”ə səyahət qazanmaq şansı təqdim edir


Qlobal ödəniş texnologiyaları lideri sayılan “Mastercard” şirkəti Azərbaycanda kart sahiblərinə Parisin sehirli “Disneyland” əyləncə parkına ailəvi səyahət qazanmaq şansı verən möhtəşəm kampaniyaya start verib.

“Mastercard” bu yeni kampaniyası ilə hər ailəyə arzusunu həyata keçirmə imkanı verir. “Priceless Specials” proqramına daxil olan satış və xidmət nöqtələrində “Mastercard” kartları ilə alış-veriş etməklə siz “Disneyland Paris”ə ailəvi səyahət şansı qazanacaqsınız. Bundan başqa, kapmaniyanın digər 5 qalibi “iPhone X” əldə edəcək.

“Biz “Mastercard” olaraq hər zaman ailə ilə keçirilən vaxta böyük önəm vermişik. Bu gün də istehlakçılara “Disneyland Paris”ə ailəvi səyahət şansı qazandıran belə bir qiymətsiz imkan təqdim etməkdən böyük məmnuniyyət duyuruq. Eyni zamanda, bu kampaniya bizim Azərbaycan bazarında istehlakçılar qarşısında uzunmüddətli öhdəliyimizi də nümayiş etdirir”, — deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

Qeyd edək ki, mükafat olaraq müəyyən edilmiş səyahət paketinə möhtəşəm vaxt keçirmək üçün lazımi hər şey daxildir: aviabiletlər, “Disney” hotelində dörd nəfərədək (2 böyük və 2 uşaq) 2 gecə / 3 gün yerləşmə, hər iki parka giriş biletləri, VİP sürətli keçidlər, yemək, içki və alış-veriş üçün 820 avro dəyərində kuponlar.

Kampaniyada www.mastercard.az saytında qeyd olunan “Priceless Specials” proqramına daxil olan partnyorlar siyahısındakı satış və xidmət nöqtələrində “Mastercard” və ya “Maestro” kartları ilə ən azı 1 manat məbləğində ödəniş edən müştərilər iştirak edir. Kampaniya 30 noyabr 2018-ci il tarixinədək davam edəcək.

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
21
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər