Sahibkar qadınların inkişafının əsas maneəsi gender stereotipləridir

“Mastercard Index of Women Entrepreneurs” (MIWE) tədqiqatının ikinci nəşrinə əsasən, gender stereotiplərinin mövcudluğu bütün dünya üzrə sahibkar qadınların müvəffəqiyyət yolunda əsas mane hesab olunur. İndeks müəyyən edib ki, gender stereotipləri həm inkişafda olan, həm də inkişaf etmiş bazarlarda mövcüddur və onlar sahibkar qadınlara irəliləmək və öz potensialını tam reallaşdırmaq yolunda mühüm əngəl yaradır.

“Mastercard”ın tədqiqatı beş coğrafi regionu əhatə edərək (Asiya-Sakit Okean regionu, Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrika, Şimali Amerika), 57 ölkə üzrə qadın sahibkarları və biznes sahiblərinin tərəqqi və nailiyyətlərini izləyir. Əməyin ödənilməsində fərqin aradan qaldırılmasına və iş yerində cinsi zorakılığın dayandırılmasına yönəlmiş qlobal hərəkatlərin nəticəsində gender bərabərliyi haqqında söhbətlər daha ucadan səslənməyə başlayaraq qlobal sosial dəyişikliklərə stimul yaradıblar.

“Mastercard Index of Women Entrepreneurs” reytinqi: Qadınlar üçün ən yaxşı şəraitə və biznesdə müvəffəqiyyət qazanmaq imkanlarına malik olan TOP-10 ölkə:

1. Yeni Zelandiya – 74,2
2. İsveç– 71,3
3. Kanada – 70,9
4. ABŞ – 70,8
5. Sinqapur – 69,2
6. Portuqaliya – 69,1
7. Avstraliya – 68,9
8. Belçika – 68,7
9. Filippin – 68,0
10. Böyük Britaniya – 67,9

“Index of Women Entrepreneurs” reytinqində ilk pillələri bazarları inkişaf etmiş ölkələr tutub: Yeni Zelandiya (1-ci yer, 74,2 bənd), İsveç (2-ci yer, 71,3 bənd) və Kanada (3-cü yer, 70,9 bənd). Bazarı inkişafda olan ölkələr ilə müqayisədə inkişaf etmiş ölkələrdə sahibkar qadınlar kapital, maliyyə xidmətləri və akademik proqramlar daxil olmaqla daha çox resurs və imkanlardan qazanc götürmək iqtidarındadırlar.

Bununla belə, indeks bu tendensiyada iki əsas istisnanı göstərir. Məsələn, əlverişli şəraitə malik olan inkişaf etmiş bazarlar heç də qadın sahibkarlığı barəsində olan stereotiplərdən sığortalanmayıb. Yaponiya indeks üzrə ən mühüm azalma nümayiş etdirib (55,4-dən 51,1-dək; 46-cı yer) və buna səbəb sahibkar qadınların fəallıq göstəricilərinin xeyli azalmasıdır (-30,9). Bu tendensiyanı qadınların kişilərə həm sosial, həm də korporativ mühitdə təslim olmasını göstərən yayılmış diskurs ilə izah etmək olar.

“Mastercard”ın tədqiqatı onu da göstərib ki, sahibkarlıq imkanlarının bazarın iqtisadi inkişaf tempinə uyğun olması mütləq deyil.

Tədqiqat Qana, (46,4%) Uqanda (33,8%) və Vyetnam (31,3%) kimi daha az təmin olunmuş ölkələrdə sahibkarlar arasında qadınların payının yüksək olmasını müəyyən edibb. Orada onlar kommersiya fəaliyyətinə daha çox öz işini açmaq üçün imkanlar sayəsində deyil, ehtiyac üzündən başlayır.

Sahibkarlar arasında qadınların ən yüksək payına malik olan TOP-10 ölkə:

1. Qana – 46,4%
2. Rusiya – 34,6%
3. Uqanda – 33,8%
4. Yeni Zelandiya – 33,0%
5. Avstraliya – 32,1%
6. Vyetnam – 31,3%
7. Polşa – 30,3%
8. İspaniya – 29,4%
9. Rumıniya – 28,9%
10. Portuqaliya – 28,7%

“Mastercard Index of Women Entrepreneurs” tədqiqatı sahibkar qadınların öz ölkələrində cəmiyyətin dəstəyi tərəfindən biznes inkişafı üçün açdığı imkanların necə istifadə etdiklərini araşdırıb. Reytinq üç komponentə əsaslanıb:

Qadınların peşəkar inkişafının nəticəsi
Təhsil və maliyyə aktivləri
Sahibkarların dəstəklənmə şərtləri.

Tədqiqatın tam versiyası ilə bu link vasitəsilə tanış olmaq mümkündür: newsroom.mastercard.com/wp-content/uploads/2018/03/MIWE_2018_Final_Report.pdf.

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
21
Reytinq
0.00

2 şərh

jennyhannb
Yaponiya indeks üzrə ən mühüm azalma nümayiş etdirib (55,4-dən 51,1-dək; 46-cı yer) və buna səbəb sahibkar qadınların fəallıq göstəricilərinin xeyli azalmasıdır (-30,9), clicker heroes is the exciting game.
ellascott
Thanks for share with me this information gmail login

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər