“Mastercard” müştəriləri üçün yeni imkanlar

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” və avtomobillərin icarəsi servisi “Avis” şirkətləri Azərbaycandakı müştəriləri üçün yeni kampaniya start veriblər.
Kampaniya çərçivəsində “Mastercard” və “Maestro” debet və kredit kartlarının sahibləri Bakıda yerləşən “Avis” servisindən avtomobil icarə edərkən 20%-lik endirimdən yararlana biləcəklər. Güzəşt almaq üçün müştəri ticarət nümayəndəsinə “Mastercard” kartına sahib olduğunu və aksiyada iştirak etmək istəyini bidirməlidir. Güzəştli məbləğ “Avis” satış təmsilçisi tərəfindən hesablanandan sonra yekun məbləğ POS-terminal vasitəsilə ödənilməlidir.
2018-ci il yeni başlayıb və “Mastercard” komandası onu “Mastercard” və “Maestro” debet və kredit kartlarının sahibləri üçün qiymətsiz imkanlarla zənginləşdirməkdən məmnundur. “Avis” ilə tərəfdaşlığımız “Mastercard”ın yerli bazarda uzunmüddətli öhdəliklərini nümayiş etdirir və yeni kampaniya Bakı və Azərbaycan sakinləri və qonaqları üçün cəlbedici və faydalı olacaq.
Kampaniya 31 dekabr 2018-ci il tarixinədək davam edəcək.
“Avis” şirkətinin ünvanı: İsmayıl bəy Qutqaşınlı küç., 50.

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
19
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər