“Mastercard” və “Bravo” Yeni il ərəfəsində birgə kampaniyaya başlayır

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti və Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı supermarketlərdən biri olan “Bravo” bu il ərzində artıq ikinci birgə kampaniyaya start verir. Maraqlıdır ki, kampaniya həmçinin yeni açılmış “Bravo” hipermarketini əhatə edəcək.

Kampaniya çərçivəsində 40 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Kampaniya “Gənclik Mall”da yerləşən “Bravo” supermarketində, “Bravo 1” hipermarketində (Əhmədli qəs.) və “Bravo 2” hipermarketində (“20 Yanvar” metro stansiyası) keçiriləcək.

Hədiyyə almaq üçün “Mastercard” və “Maestro” kartlarının istifadəçilərinə sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir. Kampaniya dekabırın 25-dən yanvarın 15-dək davam edəcək və “Mastercard” kredit və debet və ya “Maestro” debet kartlarının sahibləri aksiyadan gündə bir dəfə yararlana biləcəklər.

“Biz öz sahəsində aparıcı brendlərdən biri olan “Bravo” ilə əməkdaşlığı davam etməkdən və Azərbaycan istehlakçılarına bu ildə artıq ikinci kampaniya təqdim etməkdən məmnununuq. Yeni il getdikcə yaxınlaşır və biz kart sahiblərimiz üçün bayrama hazırlığı daha sevindirici etməyə şadıq. “Bravo” ilə birgə aksiya yalnız sərfəli alış-veriş etmək deyil, həm də hədiyyə və sürprizlər şəklində dəyərsiz üstünlüklərdən istifadə etmək imkanı yaradır”, — deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriç vurğulayıb…

Qeyd etmək lazımdır ki, “Bravo” supermarketləri sərfəli qiymətlərlə təzə ərzaq və qeyri-ərzaq məhsullarının geniş çeşidini təklif edir, eyni zamanda, daha geniş keçidlər, şəffaf qiymət siyasəti və sürətli kassalar sayəsində alış-veriş üçün ən əlverişli şəraiti təqdim edir.

Kampaniya aşağıdaki ünvanlarda yerləşən mağazalarda keçiriləcək: “Bravo Supermarket” (Fətəlixan Xoyski küç., 14, “Gənclik Mall”); “Bravo Hipermarket 1” (Əhmədli qəs., Ramiz Quliev küç., 4 (keçmiş radiozavod); “Bravo Hipermarket 2” (“20 Yanvar” metro stansiyasının yaxınlığı).

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
18
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər