“Mastercard” Azərbaycanda istehlakçılar üçün “Priceless Specials” platformasını istifadəyə verib


Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti Azərbaycanda kart sahibləri üçün “Priceless Specials” adlı yeni unikal platformasını istifadəyə verib. Bu xüsusi proqram “Mastercard”/”Maestro” kart sahibləri üçün kafe, restoran, hotel, mağaza, SPA mərkəzləri kimi müxtəlif tərəfdaş şirkətlər tərəfindən təklif olunan imtiyazları bir araya gətirir.

“Priceless Specials” platforması “Mastercard” kartlarına sahib olmağın üstünlüklərindən biridir. Bu proqramın kiçik sürprizləri sayəsində kart sahibləri üçün unikal təcrübələr, xüsusi macəralar, alış-veriş və iaşə obyektlərində imtiyazlar, ən yaxşı şou və idman tədbirləri, habelə ən keyfiyyətli hotel və gəzinti təcrübələri daha da özəl olacaq.

Yeni istifadəyə verilmiş proqrama əsasən, istifadəçiləri www.mastercard.az saytında “Scalini” italyan restoranından başlayaraq “Lilac” gül mağazasınadək bir çox nüfuzlu brendin təqdim etdiyi endirimlər gözləyir.

“Unikal “Priceless Specials” platformasını Azərbaycanda istifadəyə verməkdən böyük məmnuniyyət hissi duyuruq. Yeni tərəfdaşlıqlar quraraq “Mastercard” kart sahiblərinə eksklüziv imtiyazlar təqdim etməyə davam edəcəyik. “Priceless Specials” daim inkişaf edərək “Mastercard”a istehlakçılar qarşısında olan öhdəliklərini yerinə yetirməsinə kömək edəcək ki, bu da onları ən əhəmiyyətli xidmətlərlə təmin etməkdən ibarətdir. Proqram çərçivəsində müştəri təcrübəsini daha zövqlü və faydalı etmək üçün Azərbaycanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. Müştərilərimiz həmçinin ödəniş zamanı rahatlıqla endirimlərdən faydalana biləcək, belə ki, endirim POS-terminal əməliyyatı yerinə yetirərkən avtomatik olaraq aktivləşəcək”, — deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib.

Təklif olunan qiymətsiz imtiyazların tam siyahısı burada: eu.mastercard.com/a/az/qiymetsiz/

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
15
Reytinq
0.00

1 şərh

yifitvaz
Thanks for share. it's interesting to hear. I'm also planning to see all the movies that went to theaters. I think I will start with a review of the movies I watched
yify

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər