“Mastercard” və “Bravo” supermarketlər şəbəkəsi birgə kampaniyaya başlayır


Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti və ölkənin ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı supermarketlərdən biri olan “Bravo” birgə kampaniyaya start verir.

Kampaniya çərçivəsində “Bravo” supermarketlərində 40 AZN və ya daha yüksək məbləğdə alış-veriş edən “Mastercard” və ya “Maestro” kart sahibləri (eminent bankdan asılı olmayaraq) elə yerindəcə təklif edilən hədiyyələrdən birini əldə edə bilərlər.

Kampaniya “Bravo” supermarketində (F. Xoyski, 14, “Gənclik Mall” — 1-ci mərtəbə) və “Bravo” hipermarketində (Əhmədli qəsəbəsi, Ramiz Quliyev, 4 (köhnə radio zavodu) keçiriləcək.

“Mastercard” və “Maestro” kart istifadəçiləri Müştəri Xidmətləri masasına yaxınlaşıb əməkdaşlara ödəniş qəbzini təqdim edərək təklif edilən hədiyyələrdən birinə sahib ola bilərlər. 22 may – 22 iyun tarixlərində kampaniyadan gündə bir dəfə yararlanmaq şərtilə bütün “Mastercard” kredit və debet və ya “Maestro” debet kart istifadəçiləri faydalana bilərlər.

“Biz öz sahəsində aparıcı brendlərdən olan “Bravo” ilə əməkdaşlıqdan və Azərbaycan istehlakçılarına yeni bir kampaniya təqdim etməkdən məmnununuq. İnnovativ həllər üzrə qlobal şirkət olaraq öz kart sahiblərimizi yeni imkanlar və ən yaxşı alış-veriş təcrübəsi ilə təmin etməyə həmişə şadıq. Sözügedən aksiya istehlakçılara göstərdiyimiz davamlı dəstəyi və yerli bazarın “Mastercard” üçün strateji əhəmiyyətini əks etdirir”, — deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriç vurğulayıb.

Qeyd etmək lazımdır ki, “Bravo” supermarketləri sərfəli qiymətlərlə təzə ərzaq və qeyri-ərzaq məhsullarının geniş çeşidini təklif edir, eyni zamanda, daha geniş keçidlər, şəffaf qiymət siyasəti və sürətli kassalar sayəsində alış-veriş üçün ən əlverişli şəraiti təqdim edir.

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
13
Reytinq
0.00

1 şərh

mason1508
məlumat üçün təşəkkür edirik. bu, çox faydalıdır. Hal-hazırda öyrənmək alıram spanish to english

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər