“Mastercard” süniintellekt vasitəsilə kiberfırıldaqçılara qarşı mübarizə aparacaq


“Mastercard” şirkətiqlobal şəbəkəsində “Decision İntelligence” texnologiyasını təqdim edib. Sözügedən texnologiyaqərarvermə prosesini idarə edən və fırıldaqçılıq hallarını aşkarlayan kompleks xidmətdir. Yeni həll süni intellekt texnologiyasından istifadə etməklə maliyyə institutlarına real vaxt rejimində tranzaksiyalarınhəqiqiliyinin təsdiqini sürətləndirməyə və yanlış imtinaları azaltmağa imkan yaradır.

Qeyd edək ki, bu, “Mastercard”ınbirbaşa olaraq öz qlobal şəbəkəsində süni intellekt texnologiyasınınilk tətbiqi hesab olunur.

Hazırda istifadə olunanqərarların qiymətləndirilməsi texnologiyalarıəsasən öncədən müəyyən edilmiş qaydalar çərçivəsində risk dəyərləndirilməsini həyata keçirir. “Decision Intelligence” həlli özü ilə birgə geniş imkanlar təklif edən yeni radikal yanaşmanı ərsəyə gətirir. O, hər bir əməliyyatın analizi, qiymətləndirilməsi və öyrənilməsini daha geniş həyata keçirməyə imkan verir. Kart emitentləri yeni texnologiya vasitəsilə əldə edilmiş nəticələri hər növbəti əməliyyatlara tətbiq edə bilirlər.

“Biz ödəniş zamanı istehlakçının üzləşdiyi əsas çətinliklərdən olan yanlış imtinalar probleminihəll edirik. Qlobal şəbəkəmizdə süni intellekt texnologiyasından istifadə edərək biz maliyyə qurumlarına və digər tərəfdaşlaraəməliyyatların təsdiqi göstəricilərini yaxşılaşdırmağa və müvafiq olaraq alıcı təcrübəsini inkişaf etdirməyə yardım göstəririk”, -deyə “Mastercard” şirkətinin Risklər və müəssisələrin təhlükəsizliyi üzrə prezidenti Acay Balla bildirib.

Bir sıratexnologiyalar əsasında yaradılmış “Decision Intelligence” sistemi mürəkkəb alqoritmlərdən istifadə edərək intellektual analiz sayəsində köhnə problemin həlli üçün yeni üsul təqdim etməklə banklara proqnozlaşdırılmış qiymət verməyə imkan yaradır. Bundan sonra banklar əldə edilmiş məlumatıfırıldaqçılıqla mübarizə sistemlərinə inteqrasiya edə bilərlər.

“Decision Intelligence” xidmətinin əsaslandığı smart-texnologiyalar hər istifadəçinin hesab üzrə alış-veriş davranışlarını uzun müddət öyrənərəknormadan kənar davranışlarıdərhal aşkar edir. Belə ki, onlar hesabdan ödənişlər üzrə müştərilərin dəyər seqmentasiyası, risk xərcləri, lokasiya, satıcı, ödəniş qurğusunun məlumatları, zaman və alış-verişin növü barədə məlumatlardan istifadə edirlər.

Son bir neçə il ərzində ödəniş sektoruböyük səylə ödənişlərin mühafizəsinə və fırıldaqçılığa qarşı mübarizəyə fokuslanıb, buna görə də əməliyyatlarınhəqiqiliyininyoxlanması və fırıldaqçılıq hallarının idarəedilməsi arasında düzgün balansın qorunması böyük əhəmiyyət daşıyır.

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
9
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər