“Mastercard” və “Hesab.az” portalı yeni kampaniyaya start verib


Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” və Azərbaycanın ən iri ödəniş portalısayılan “Hesab.az” yeni kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində “Mastercard” və ya “Maestro” kart sahiblərinə “Hesab.az” portalı vasitəsilə “Azercell” və “Bakcell” balansını ən azı 5 AZN və daha çox məbləğdə artırmaqvəşəbəkədaxili pulsuz 10 danışıq dəqiqəsi əldə etmək təklif olunur. “Mastercard” və “Maestro” kart istifadəçiləri “Hesab.az” portalının “Mobil” bölməsinə daxil olub, ödəniş vasitəsi kimi “Mastercard” və ya ”Maestro” seçib, “Azercell” və “Bakcell” balansını 5 AZN və ya daha yüksək məbləğdə artımalıdırlar.

“Nağdsız Azərbaycan yolunda elektron ticarətin artım templəriistənilən digər kanalı qabaqlayır. “Mastercard” şirkəti müştəriləri daimtəhlükəsiz, sadə və etibarlı onlayn ödəniş sistemi ilə təmin etmək üçün çalışır. Ölkənin aparıcı onlayn ödəniş platforması olan “Hesab.az” portalı ilə əməkdaşlıqdan və yeni kampaniyanı təqdim etməkdən məmnunuq. Bu kampaniya “Mastercard”ın Azərbaycan bazarında mövcud kart sahiblərinə olan uzunmüddətli öhdəçiliyin bir hissəsidir”,- deyə “Mastercard” şirkətinin Azərbaycandakı rəhbəri Alper Meriç bildirib.

Kampaniyacariilindekabrın 21-dəkbütün“Mastercard”kredit vədebetvə ya“Maestro”debetkartistifadəçiləri üçünkeçərlidir.
Ətraflı:http://www.mastercard.com/tr/consumer/azerbaijancampaignhesabaz.html

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
14
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər