"Azərbaycan bazarında qeyri-nağd ödənişlər 10%-dən aşağıdır"


«Azərbaycan bazarında qeyri-nağd ödənişlər 10%-dən aşağıdır. Lakin buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib» — bu sözləri Technimum.com-a açıqlamasında “Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriç bildirib. A. Meriç vurğulayıb ki, innovativ həllər üzrə qlobal şirkət olaraq “Mastercard” müştərilərinə ən son texnoloji yenilikləri və həlləri təqdim edir, nağdsız ödənişləri inkişaf etdirmək və müştəriləri stimullaşdırmaq məqsədilə yerli və beynəlxalq şirkətlərlə birgə müxtəlif aksiya və kampaniyalar həyata keçirir.

A.Meriç, həmçinin, bidlirib ki, Azərbaycan bazarında fəaliyyətləri 1994-cü ildən bər davam edir: «Bizim Azərbaycana olan inamımız böyükdür. Məhz buna görə, ölkənin rəqəmsal və nağdsız ödənişlərin tətbiqi üzrə regionda lider mövqe tutmasını, “Mastercard”ın ən innovativ texnologiyalarını ilk tətbiq edən ölkələrdən biri olmasını arzulayırıq və bunun üçün öz təcrübəmizi paylaşmağa hazırıq. Şadam ki, Azərbaycanda nümayəndəliyimiz fəaliyyətə başladı. Buradakı fəaliyyətimiz “Nağdsız Azərbaycan” konsepsiyasına əsaslanacaq”, — deyə Alper Meriç qeyd edib.

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
15
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər