“Mastercard” və “Bravo”dan birgə kampaniyaya


Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti və Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı supermarketlərdən biri olan“Bravo” Bakıda birgə kampaniyaya start verir.

Kampaniya çərçivəsində “Gənclik Mall”da yerləşən “Bravo” supermarketində 40 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib ola bilərlər. Bunun üçün sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir.Bu ilin noyabrın 27-dəkdavam edəcək kampaniyadan yararlanmaq üçünalış-veriş ödənişinizi“Mastercard” kredit və debet və ya “Maestro” debet kartları ilə edə bilərsiniz. Kampaniya müddəti ərzində yalnız eyni günə aid olan ödəniş qəbzləri yararlı hesab olunacaq.

“Biz öz sahəsində aparıcı brendlərdən olan “Bravo” ilə əməkdaşlıqdan və Azərbaycan istehlakçılarına yeni bir kampaniya təqdim etməkdən məmnununuq.İnnovativ həllər üzrə qlobal şirkət olaraq öz kart sahiblərimizi dəyərsiz imkanlar və ən yaxşı alış-veriş təcrübəsi ilə təmin etməyə həmişə şadıq. Sözügedən aksiya istehlakçılara göstərdiyimiz davamlı dəstəyi və yerli bazarın “Mastercard” üçün strateji əhəmiyyətini əks etdirir”, — deyə “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir qeyd edib.

Qeyd edək ki, Azərbaycan Vegilər Nazirliyində 26 may 2016-cı il tarixində qeydiyyatdan keçən «Mastercard Europe» şirkətinin Bakı nümayəndəlinə Yasəmin Bədir rəhbərlik edir.

Kampaniya və qaydalar haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
www.mastercard.com/tr/consumer/azerbaijanbravoactivation.html.

Aid olduğu bloglar

MasterCard

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şirkət 1994-cü ildən Azərbaycan bazarı ilə əməkdaşlıq edir.

Oxucuları
0
Başlıqları
8
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər