Formula 1 üzrə dünya çempionatı başladı


Bu gün Formula 1 üzrə dünya çempionatına start verilib.
İlk Qran Pri Avstraliyada keçiriləcək. İlk olaraq test yürüşləri Bakı vaxtı ilə saat 05:30-da (yerli vaxtla saat 12:30) başlayıb.
Bir gün sonra sıraları müəyyənləşdirmək üçün yürüş olacaq. Martın 20-də isə yarış keçiriləcək. Melburn trassının uzunluğu 5 min 300 metrdir.
Dünya çempionatında ümumilikdə 10 komandadan 21 pilot mübarizə aparacaq. Bunlar Lyuis Hamilton, Niko Rosberq (Mercedes), Sebastian Vettel, Kimi Raykkonen (Ferrari), Valttrei Bottas, Felipe Massa (Williams), Daniil Kvyat, Daniyel Rikkiardo (Red Bull Racing), Serxio Peres, Niko Halkenberq (Force İndia), Romain Qrosyean, Pastor Maldonado (Lotus), Maks Versappen, Karlos Saynts (Toro Rosso), Felipe Nasr, Markus Eriksson (Sauber), Censon Button, Fernando Alonso (Mclaren), Roberto Merhi, Aleksander Rossi, Uill Stevensdir (Marussia).
Qeyd edək ki, Formula 1-in Avropa Qran Prisi 17-19 iyunda Bakıda keçiriləcək.

Aid olduğu bloglar

Formula 1

Bu bloqda 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı məlumatlar əks olunub.

Oxucuları
1
Başlıqları
3
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər