AtaBank-dan innovativ addım


Müasir dövrdə qabaqcıl iş adamı bütün əlaqələrini internet üzərindən qurmaq məcburiyyətindədir. Hər zaman işini onlayn idarə edə bilmək, daim yazışmalar aparmaq və hər şeydən xəbərdar olaraq vaxtında qərarlar qəbul edə bilmək müasir biznesin əsas şərtlərindən biridir. Müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsi ilə seçilən AtaBank hər zaman onlayn qalaraq bir addım öndə olmaq məqsədi ilə bütün müştərilərinə yeni Ata Wi-Fi xidmətini təklif edir.
Artıq AtaBank-ın Bakı şəhərində yerləşən istənilən filialında müştərilər sürətli internetdən istifadə etmək imkanı əldə edə biləcəklər. Bunun üçün filial daxilində olarkən sadəcə Wi-Fi siyahısında Ata Wi-Fi seçərək qaydalarla tanış olmaq, qaydalarla razı olduğunuzu bildirmək, telefon nömrənizi qeyd etmək və nəhayət nömrənizə sms vasitəsi ilə göndərilən PİN kodu müvafiq bölümə daxil etmək lazımdır.
1993-cü ildən fəaliyyət göstərən «AtaBank» ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank, Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Aid olduğu bloglar

AtaHolding

Azərbaycana ilk dəfə holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən «AtaHolding» ASC 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. «AtaHolding» ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

Oxucuları
0
Başlıqları
3
Reytinq
0.00

2 şərh

jennyhannb
Bunun üçün filial daxilində olarkən sadəcə Wi-Fi siyahısında Ata Wi-Fi seçərək qaydalarla tanış olmaq, qaydalarla razı olduğunuzu bildirmək, [url=http://geometrydashfree.com/flip-diving]flip diving[/url] game online.
ellascott
Amazing article thanks for sharing geometry dash

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər