“AtaBank” ASC dünyanın aparıcı ödəniş sisteminə qoşuldu


Avqust ayının 28-də “Excelsior” hotelində “AtaBank” dünyanın aparıcı ödəniş sistemlərindən biri olan «UnionPay International» şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalamışdır.
Tərəfdaşlıq çərçivəsində AtaBank-ın bankomat və POS-terminallarında, emissiya etdiyi kartların sayına görə dünya lideri olan «UnionPay İnternational» kartları ilə əməliyyatlar etmək mümkün olacaq.
Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş «UnionPay İnternational» şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir.
UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir. Kartlarının ümumi sayı 5 milyarddan artıqdır, bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.
1993-cü ildən fəaliyyət göstərən «AtaBank» ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Aid olduğu bloglar

AtaHolding

Azərbaycana ilk dəfə holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən «AtaHolding» ASC 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. «AtaHolding» ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

Oxucuları
0
Başlıqları
3
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər