Bakıda "Nepaldan Papuaya" səyahət

“AtaTravel” MMC-nin sponsorluğu ilə 27 fevral 2016-cı il tarixində saat 13:30-da Holiday Inn otelində turuzm sahəsinə aid «Nepaldan Papuaya» mövzusunda tədbir keçiriləcək. Tədbirdə tanınmış səyahətçilər Cənubi və Cənub-Şərqi Asiyada başlarına gəlmiş hadisələri bölüşəcəklər. Tədbirin spikerləri arasında Everesti, Şimal Qütbünü fəth etmiş və «Seven Summits»i tamamlamış ilk azərbaycanlı İsrafil Aşurlu, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, Boutique Travel Magazine jurnalının baş redaktoru jurnalist Vyaçeslav Sapunov və digərləri daxildir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı bildirdi ki, tədbirin keçirilməsindəəsas məqsədi aktiv turizmin tanıtımı və dünyanın istənilən nöqtəsinə maraqlı səfərlərin təşkil olunmasını stimullaşdırmaqdır.

Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun.«AtaTravel» MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və «AtaHolding» ASC-nin törəmə şirkətlərindən biridir. «AtaTravel» turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

Aid olduğu bloglar

AtaHolding

Azərbaycana ilk dəfə holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən «AtaHolding» ASC 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. «AtaHolding» ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

Oxucuları
0
Başlıqları
3
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər