Azərbaycanda ilk rus dilindən azərbaycan dilinə yüksək keyfiyyətli tərcümə sistemi hazırlanmışdır


İntelsoft tərcüməçi — İntelsoft şirkəti tərəfindən yaradılmış, mətni rus dilindən azərbaycan dilinə avtomatik tərcümə etməyə imkan verən tərcümə sistemidir.

Bu sistem vasitəsi ilə siz tərcüməçiyə ehtiyac duymadan rus dilində olan mətni azərbaycan dilinə anlaşıqlı tərcümə edə bilərsiniz. Əgər siz tərcüməçisinizsə, professional tərcümə zamanı bu sistem sizə yardımçı ola bilər. Bu sistem vasitəsi ilə rus dili saytları, elektron dərslikləri, e-poçta gələn məktubları və digər lazımlı olan rus dilli mətinləri tərcümə edə bilərsiniz. Bu gün Azərbaycanın ən çox müraciət etdiyi informasiya məkanı rus dilində olduğundan bu sistemin insanlara çox böyük kömək edəcəyinə inanırıq.

Bu gün bu sistemin onlayn versiyası istifadəyə verilmişdir. translate.intelsoft.az saytına girməklə mətni tərcümə etmək olar. Sistemin onlayn versiyası pulsuzdur.

Sistemin onlayn versiyası 5000 simvoldan ibarət mətni tərcümə etməyə imkan verir. İntelsoft şirkəti tərəfindən sistem üzərindəki işlər davam etdirilir, onlayn versiya mütəmadi olaraq yenilənir. Hal-hazırda onlayn versiyadan əlavə, mətnlə işləmək üçün daha geniş imkanlara malik olan Windows, Mac OS X və Linux versiyaları (desktop) hazırlanır. Bu versiyaların noyabr ayının sonunda istifadəyə verilməsi planlaşdırılır.

7 şərh

Sadig
Saytın sadəliyi şəxsən mənim xoşuma gəldi. Destkop versiyasını da görmək maraqlı olardı. Məni yoxladığım mətni normala yaxın tərcümə edə bildi, ən azından anlaşılan idi.
Amma Azərbaycan dilindən Rus dilinə tərcümə imkanı da olsaydı daha yaxşı olardı.
Shaig
Yazını görən kimi ilk ağlıma gələn, Google Translate üzərindən olmaq ehtimalı idi. Yoxladım, tərcümələri fərqli verdi. Ona görə də daha maraqlı gəldi. Birmənalı olaraq daha keyfiyyətlidir. Xoşuma gəldi.
Bir neçə şərhim olacaq.
1. Subdaomain formada fəaliyyətdənsə, yeni bir domain daha maraqlı və faydalı olardı.
2. Azərbaycancadan ruscaya da tərcümə imkanı olsa əla olardı.
3. Qeyd olunan, destkop versiyaları ilə birgə saytın da inkişafı, gələcəkdə API açılması və s olsa yaxşı olardı.

Birdə maraqlı olan başqa məqam, söz bazalarında istifadə olunan mənbələrdir. Nə üzərində, hansı bazalarla qurulub.
Ferhad
Gördüyüm qədərilə Google translate-dən daha keyfiyyətli tərcümə edir. Uğurlar!
Tural
Çəkinmədən deyə bilərəm ki, google translate bunun yanında qələt eliyir. dəqiq işlənib. tərcümələr yaxşı alınır. Əksinə çevirmədə olsa əla olar. və birdə domen adı qısa olsa idi daha yaxşı olardı. beta versiyadı daha da yaxşı olacağına inanıram. uğurlar.
Amidos
Ə`la!!! Bele saytlarin varligini gorende ureyim achilir.
Oder
Nə bilim vallah… Mən məsələn, bir sorğu verdim. Bu cür:

Как ты брат? — tərcümə etdi ki: Qardaş, sənin kimi?.. Birincisi burada sual işarəsi var. «Как ты» da əvvəldədir, sonda deyil ki — bu cür anlaşılsın. İkincisi də, vergülü də dəyişdim, yerini də — nəticə eyni qaldı:

Брат, как ты? — Qardaş, sənin kimi?..

Bir az çətin şeydir. Amma keyfiyyət buna deyərlər ki, heç olmasa vergül, sual və bu kimi hissələri cümlənin tərkibindən ayıra bilsin və ona düzgün məna versin.
Antonio
Duzdur, bezi sozleri deqiq tercume olunmasa da amma anlashiqlidir. Bu hele saytin beta versiyasidir. Umid edirem ki, yenilenmeler davam edir. Chox ehemiyyetli saytdir Azerbaycan uchun. Amma comment yazan dostlarimiz duz deyirler eksine de tercume olunsa ela olar. Saytda eziyyeti olanlara teshekkurler ;)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər