Azərbaycanın Rəqəmsal Qızları: İKT-də Parlaq Gələcək

İKT-də Qızlar Günü – qızlar və gənc qadınlar üçün İKT-nin yeni yönlərini görmək və onları öz gələcəklərini texnologiyaya bağlamağa həvəsləndirmək üçün bir imkandır. Bu günki gün artıq 111 000-dən artıq gənc xanım dünyanın 140 ölkəsində yer almış 3500 tədbirdə iştirak etmişlər.

Wowoman Tech Tech Xanim və “FEMMES DIGITALES” Azərbaycanın İKT qadınlarının birgə əməkdaşlığı sayəsində aprelin 28-də ADA universitetində mobil tətbiqetmələrin hazırlanması üzrə təlimlər təşkil edilmişdir.

ADA Universitetində mobil tətbiqetmələrin yaradılması üzrə seminarda proqramlaşdırma sahəsində heç bir təcrübəsi olmayan qızlar özləri tətbiqetmə yaratmışlar, həmçinin burada İKT-nin gələcəyi və Tech xanımların bu sahədəki imkanları müzakirə olunmuşdur.

Master-klas zamanı qızlar:
  • Öz ideyalarının dizaynı və prototipini yaratmağı
  • Öz mobil tətbiqetmələrini yaratmağı
  • Tətbiqetməni yoxlamağı
  • Tətbiqetməni müxtəlif sahələrdə yayımlamağı öyrəndilər.

Yuxarı sinif şağırdləri və bakalavrın ilk kursunun tələbələri üçün təşkil olunmuş bu seminarda 65 gənc xanım təlim keçmiş və öz mobil tətbiqetmələrini yaratmağı öyrənmişdirlər.

Master-klasların təlimçisi Xəzər Universitetinin lektoru, Bakı Britaniya məktəbinn İKT-instruktoru və WoWoman-ın Tech Tech Xanim layihəsinin meneceri Günay Kazımzadə olmuşdur.

Seminarın gedişi boyu qeyd olunmuşdur ki, tətbiqetmələrin inkişafı STEM, texnologiyalar, PBL, kritik düşüncə və yüksək düşüncə sahəsi üçün təbii haldır. Artıq bir neçə il sonra İKT sahəsinin tədris proqramında mövcud olan hal-hazırki tıxacı aradan qaldırdıqdan sonra baş verə biləcək kəskin dəyişiklikləri təsəvvür edin. Word və Excel-dən istifadə qaydalarını öyrənməkdən darıxan şağırdlərin əvəzinə bir sərbəst şəkildə mobil tətbiqetmə yaza bilən 11 yaşlı məktəblilərə sahib olacağıq.

16 yaşlarında isə onlar artıq formal məntiq haqda tam təsəvvürə malik olacaqlar və öz smartfonları üçün tətbiqetmələr yarada biləcəklər ki, indi bu, yalnız universitet kursalrında mümkündür.

Mobil tətbiqetmələri yarada bilmək qızlara bu sahənin sürətlə inkişaf edən imkanlarına nəzər salmağa və texnologiyalar vasitəsilə nələrsə yaratmaq şansı verir.

WoWoman: Tech Tech Xanim layihəsi – İT elmini qadınlar arasında yaymağa və onların öz gələcəklərini bu sahəyə bağlamağa həvəsləndirməyə yönəlmiş bir WoWoman layihəsidir. Layihəyə 600-dən artıq müraciət verilmiş və 400 qızın iştirak edə biləcəyi 15 uzun və qısamüddətli kurslar hazırlanmışdır. Java Web Development kursları Barama innovasiyalar və sahibkarlıq mərkəzi tərəfindən dəstəklənən layihələrdən biridir.

1 şərh

htmlcolor
Your article is detailed, thanks to it I solved the problem I am entangled. I will regularly follow your writers and visit this site daily.
usps tracking

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər