Xanımlar Üçün Java Web Development Seminarına Start Verildi

WOWOMAN qadınların peşəkar və şəxsi inkişafı üçün yaradılan platformadır. Platforma İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədi ilə «Tech-Tech Xanım» layihəsini yaratmışdır.
Tech-Tech Xanim
Layihənin birinci mərhələsində 4 peşəkar təlimçi tərəfindən İT Əsasları üzrə Software Development, Server Administration, Database Administration və Network Fundamentals kursları təşkil olunmuşdur.«Tech-Tech Xanım» layihəsinin ikinci mərhələsi isə Java Web Development kursu başlamışdır.

Xanımlar üçün proqramlaşdırmanı öyrənmək hələ bu qədər asan və əlçatan olmamışdı!

Əgər siz də dünyada sürətlə inkişaf edən sahənin bir hissəsi olmaq, 21-ci əsrdə ən çox işçi tələb olunan sektorda karyera qurmaq, digər qızlarla birlikdə İT bilik və bacarıqlarınızı artırmaq, stereotipləri qırmaq, özünəinamı artırmaq və arzularınıza çatmaq istəyirsinizsə, kursa qoşula bilərsiniz. Dərslər həftədə 2 dəfə olmaqla, 3 ay davam edəcək və Ramin Orucov tərəfəindən tədris ediləcəkdir.
Tech-Tech Xanim
İştirak etmək istəyənlər üçün əsas tələblər:
1. Hər hansı bir proqramlaşdırma dili üzrə bilik və təcrübə (C, C++, Pascal, Delphi, C#, Java, Python və s. fərq etməz)
2. Basic SQL bilikləri
3. Web, HTML, CSS, JavaScript barədə əsas anlayışlar

Kursun sonunda əldə etdiyiniz biliklər və Tech-Tech Xanım komandası İT sahəsində karyera qurmaq üçün sizin bələdçiniz olacaq.

NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?
  • Müasir proqraşdırmada xüsusi yer tutan Java proqramlaşdırma dili üzrə bilik və bacarıqlar
  • Müstəqil İT layihə yaratmaqla qazanacağınız unudulmaz təcrübə
  • Peşəkar təlimçi tərəfindən keçirilən kursda iştirak və ondan yenibiliklər öyrənmək imkanı
  • Tək nəzəri deyil, həm də praktiki biliklərə yiyələnmək şansı.

DİQQƏT: YERLƏR MƏHDUDDUR.
SON MÜRACİƏT TARİXİ: 12 Fevral, 2016

İştirak etmək üçün linkdəki formanı doldurmaq lazımdır:
goo.gl/forms/E7032uBYkn

Seçim mərhələsindən uğurla keçən xanımlar tələb olunan biliklərin yoxlanılması üçün test mərhələsinə dəvət olunacaqlar. Tələbələr üçün 20 %, maddi imkanından asılı olaraq seçilmiş 5 iştirakşıya 50 %, birinci mərhələdə İT Fundamentals, Software Development kursundan seçilmiş 5 iştirakçı isə 100 % güzəşt əldə edəcəklər.

Bütün zamanlarda sizin edə biləcəyiniz ən yaxşı töhfə məhz özünüzə, sizin inkişaf və təhsilinizə olan töhfədir. Bunu unutmayın, əziz xanımlar.
Tech-Tech Xanim
Tech-Tech Xanim

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər