Sup Akselerator ilk proqramının startı barədə məlumatı yayımladı

Sup.az
Azərbaycanın ilk startap akseleratoru olan SUP Accelerator yenicə start vermiş akselerasiya proqramına seçilmiş startapların adlarını açıqladı. Fevral ayının 1-dən etibarən SUP akselerator proqramının iştirakçıları aşağıdakı startuplar olacaq.

Startaplar:
Flapus
Flapus
Mobil telefon istifadəçiləri üçün xatırlatma, qeyd tutma və məsajlaşma tədbiqidir.
| Website | Android App |Facebook |Twitter | Linkedin |
Təsisçilər:
Murad Ələkbərov — CEO | Linkedin | Twitter |
Tural Mammadov — CTO | Linkedin |


Lendock
Müxtəlif əşyaların icarəsini və təklifini birləşdirən onlayn platformadır.
| Website | Facebook | Twitter | Instagram | Linkedin |
Təsisçilər:
Ağahüseyn Əhmədov — CEO | LinkedIn | Twitter |
Ramiz İsmailov — CTO |LinkedIn | Twitter |

SHrippy
Shrippy
Bazarlıq və şopinq üzrə ixtisaslaşan sosial şəbəkə tədbiqidir.
| iOS App | Android App | Facebook | Twitter | Instagram |
Təsisçilər:
Ersin Al — CEO| Linkedin |Twitter |
Cəfər Nəcəfov — CTO | Linkedin | Twitter |

Alkredit
Müxtəlif xidmət və məhsulların əldə olunması üçün hazırlanmış müqayisə platformudur.
| Website | Facebook | Twitter | Linkedin |
Təsisçilər:
Elşad Yusifli — CEO | Linkedin | Twitter |
Rəşad Eyvazov — | Linkedin |
Cevir.io
Cevir.io
Tərcümə və notarius xidmətlərinin avtomatlaşdırma sistemidir. Adları qeyd olunan xidmətlərin digital təsdiqi üzrə xidmətlər də sistemə daxildir.
| Website | Facebook | Twitter |
Təsisçi:
Kemal Anıl Demirpençe — CEO | Linkedin | Twitter |

SUP Azərbaycanda Startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə həyata keçirilən akselerator proqramıdır.
Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir. Sup startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edir.

Sup özünü daha çox beynəlxalq startap ekosisteminə yaxşı bələd olması və inteqrasiya olması ilə fərqləndirməyə çalışır. Proqram zamanı beynəlxalq mentorlarla yanaşı yerli uğurlu sahibkar və biznesmenlər də öz təcrübələri və tövsiyələrini startaplarla paylaşırlar.

3 aylıq proqram ərzində startaplar öz məhsullarını işlək vəziyyətə gətirib, kiçik də olsa müəyyən dövriyyəni əldə etmələri tələb olunur. 3 ayın sonunda startaplar və potensial investorlarla görüşün təşkil edildiyi Demo Day keçirilir. SUP yerli staraplar üçün bir növü qaynayan qazandır. Təcrübələrin, biliklərin və ideyaların məcazi mənada bərabər bişdiyi və qaynadığı bir məkan.

SUP akselerator proqramı ATL GroupKhazar Ventures şirkəti tərəfindən birgə səylər nəticəsində meydana gəlib.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər