ISRAFF - Maliyyə Vəziyyətinin İdarə Edilməsi Üçün Yeni Proqram Təminatı

Hər bir şəxsin öz maliyyə vəziyyətini idarə etməsi üçün PES şirkəti tərəfindən yeni proqram təminatı hazırlanmışdır. ISRAFF adlanan program təminatının beta versiyası artıq istifadəyə verilib. Proqrama www.israff.com ünvanından daxil ola bilərsiniz. Hal-hazırda qeydiyyat və istifadə ödənişsizdir. Proqramın həm veb həm də mobil proqram təminatı mövcuddur.
ISRAFF
Proqram öz istifadəçilərinə hesablarında olan pul qalığını, xərclərini, gəlirlərini, pul köçürmələrini izlənməsinə imkan verir. Siz hesablarınızı və bu hesablar üzrə apardığınız xərcləri sistemdə qeyd etməklə, sonradan xərcləriniz üzərində müəyyən analizlər apara bilərsiniz. Xərclərin hansi kateqoriya (yemək, nəqliyyat, əyləncə və s) üzrə xərcləndiyini, bu xərcin zərurilik dərəcəsini (Vacib, Normal, Zəif), əgər digər ailə üzvünə və ya yaxınlarınız üçün xərcləmisinizsə — kimə xərclədiyi üzrə bölünməsinə baxa bilərsiniz.

Proqramın mobil versiyası sizin daha asanlıqla xərcləri daxil etməyə imkan yaradır. Daxil etdiyiniz bütün informasiyalar internet üzərindən server ilə eniləşdirilir. Yanlız bu telefonunuzda internetin olması zərurətini tələb etmir, siz hətta heç bir şəbəkə olmadan belə asanlıqla bütün əməliyyatları apara bilərsiniz, növbəti qoşulma zamanı internet əlaqəsi mümkün olduğu andan eyniləşdirmə prosesi avtomatik olaraq həyata keçiriləcək. İnformasiyaların eyniləşdirilməsinin əsas üstünlüklərindən biri də odur ki, siz daxil etmə prosesini mobil telefonunuzdan amma analiz prosesini öz komputerinizdən hesabınıza daxil olmaq ilə edə bilərsiniz.
ISRAFF
Proqram multi valyuta ilə istifadəyə verildiyi üçün, hər gün üzrə valyuta məzənnələri Milli Bankın cari kursu ilə yenilənir. Hal-hazırda sistemdə — AZN, USD, EUR, TRY, RUB valyutaları ilə əməliyyat aparmaq mümkündür.

Eyni zamanda PES şirkəti özünün PERP idarəetmə sistemini də təklif edir. Bu sistem şirkətin bütün faəliyyətini özündə əks etdirə biləcək vahid ERP həllidir. Həllin İnsan Resursları, Müştəri Əlaqələri, Anbar, İstehsal, Xidmət, Çatdırılma və s alt modulları mövcuddur.
ISRAFF
Yazılanlar barəsində daha ətraflı informasiya üçün PES şirkətini veb saytından www.pes.az məlumat əldə edə bilərsiniz.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər