Flapus - Tapşırıqları Bir-Birinizə Asanlıqla Göndərməyə İmkanı Verən Orqanayzer

Flapus
Müasir insanların həyatı gündən günə daha sürətli və dolğun olur. İndiki dövrdə insan özünə layiqli həyat təmin etmək üçün fərqli sahələrdə bacarıqları olmalı və gün ərzində fərqli vəzifələri yerinə yetirməlidir. Hərdən vəzifələr və tapşırıqlar o qədər çox olur ki, insan bəzilərini unuda bilər. Yəqin ki, işdən yorğun çıxıb evə gedərkən dükandan ərzaq almağı unutmağınız Sizlərə tanışdır? Və yaxud dostlarınız çağırdıqları tədbirə getməyi unutmusunuz?.. Məşğul insanlarda bu cür unutmalar ola bilər, əsasən də insanlar başqaları tərəfindən onlara təyin edilən tapşırıqları unutmağa daha meyllidirlər. Bunun üçün biz Flapus mobil tətbiqetməni yaratdıq ki, onun üzərindən insanlar bir-birinə hər hansı tapşırığı xatırlada bilsinlər.

Misal üçün mənim həyat yoldaşım istəyir ki, mən işdən sonra dükandan çörək almağı unutmayım. O, istədiyi zaman, tətbiqetməni açıb yazır: “Zəhmət olmasa çörək alasan”, vaxtı müəyyən edir 18:00, və tapşırığı mənə göndərir. Mən tapşırığı dərhal alıram və əgər onu təsdiq edirəmsə, 18:00-da, (işdən çıxan zaman), telefonum mənə xatırladacaq ki, mən dükandan çörək alım və mən bu tapşırığı unutmayacağam.
Flapus
Bizim tətbiq etmədə e-mail qeydiyyatı və yaxud dostluq təklifləri kimi mürəkkəb elementlər yoxdur, sadəcə mobil nömrənizi daxil etmək kifayətdir. Bunu edəndən sonra bütün mövcud kontaktlarınızı görəcəksiniz və onlarla dərhal tapşırıqları mübadilə edə bilərsiniz.

Tətbiqetmənin Android üçün Beta versiyasını bizim internet səhifəmizdən yükləmək mümkündür: www.flapus.com

Layihənin məqsədi: dostlarınız, iş yoldaşlarınız/tərəfdaşlarınız və ailəniz ilə effektiv kommunikasiya etmək üçün və gününüzü koordinasiya etmək üçün ən optimal həll kimi Flapus istifadə edəsiniz.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər