Forbes İT dünyasının ən varlı adamlarının siyahısını açıqladı

Forbes jurnalı ənənəvi olaraq İT dünyasının 100 ən varlı adamlarının siyahısını dərc etdi.

Reytinqin müəllifləri bildirir ki, 100 nəfərdən 94-ü öz qazanclarını kənardan kömək olmadan qazanıblar.

Siyahıda birinci yeri Microsoft korporasiyasının təsisçisi Bill Geyts tutur. Onun maliyyə durumu 79,2 milyard dollar civarında qiymətləndirilir. Maraqlısı odur ki, redmondlu şirkətin təsisçisi bu siyahıda artıq 15 il dalbadal birinci yerdədir.
Bill Geyts
İkinci yer Oracle korporasiyasının təsisçisi Larri Ellisona nəsib oldu. Onun maliyyə durumu 54,3 milyard dollara bərabər olduğu bildirilir.
Larri Ellison
Reytinqin üçüncü yerində 34,8 milyard dollarla Amazon şirkətinin təsisçisi Jef Bezos yerləşdi.
Jeff Bezos
Top-5-liyi 33,4 milyard dollarla Facebook-un təsisçisi Mark Zukerberq və 29,7 milyard dollarla Google-un təsisçisi Larri Peyc bağlayırlar.

İT sənayesinin top-100-nə daxil oldular: 51 amerikalı, 33 asiyalı, 8 avropalı, 2 israilli və latınameriaklı. Daha bir diqqət çəkən məqam odur ki, reytinq iştirakçılarının 100 nəfərdən 40-ı Kaliforniyada yaşayırlar.

Siyahının ən cavan iştirakçısı Snapchat-ın təsisçisi, 25 yaşlı Evan Şpigel oldu. Ən yaşlısı isə Intel-in təsisçisi — 86 yaşlı Qordon Mur çıxış etdi.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər