Azərbaycanın mobil operatoru abunəçilər üçün rouminq kampaniyasını təqdim edir

Rouminq
Bakcell şirkətinin rouminqdə olan kampaniyalarından artıq Gold (korporativ ) abunəçilər də faydalana bilərlər, dəqiqəsi 25 qəpikdən.

Sərfəli rouminq xidmətindən yararlanmaq üçün *130#YES kodunu yığmaq yetərlidir. Kampaniya çərçivəsində rouminqdə olarkən daxil olan zənglərin 1 dəqiqəsi 0.25 AZN, çıxan zənglərin 1 dəqiqəsi 0.75 AZN təşkil edir. Gündəlik xidmət haqqı 0.35 AZN- dir.

Qeyd edək ki, Bakcell şirkətinin korporativ abunəçilərinin sərfəli rouminq qiymətlərindən faydalana biləcəyi ölkələrin sayı 30-dan 37-yə qədər artırılıb. Kampaniya barədə ətraflı məlumatı bu keçiddən almaq olar: www.bakcell.com/az/discounts-and-special-offers

Xarici səfərdə olan abunəçilər Bakcell Rouminq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin tərəfdaşlarının siyahısı barədə məlumat da həmçinin Bakcell rouminq applikasiyasından əldə oluna bilər.

Bakcell rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün: www.bakcell.com/az/bakcell-rouminq-ap

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər