Azərbaycanda yeni vençur fondlar yaradılacaq

Ölkədə startup mədəniyyətinin inkişafı və təkmilləşdirilməsi üçün, vençur fondlarının sayının çoxalması vacib amillərdən biridir. Bu cür şirkətlər startup-lara investorlar cəlb edilməsində və investisiyalar yatırılmasında böyük dəstək göstərmiş olurlar. Və hal-hazırda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda yeni vençur fondlarının yaradılması məsələsini nəzərdən keçirir.
Venture
Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu, ölkənin innovativ inkişafının tələb və tərkib hissələrindən biridir: «Bununla əlaqədar olaraq yaxın gələcəkdə belə şirkətlər Azərbaycanda fəaliyyətə başlayacaqlar».

E.Vəlizadə qeyd edib ki, nazirlik daha əvvəl vençur maliyyələşdirməsinin IT sahəsinə cəlb edilməsi məsələsini «Global Venture Alliance» (GVA) və «Global Catalyst Partners» (GCP) kimi vençur fondları ilə müzakirə edib: «Bu fondlar Azərbaycanda perspektivli „startap“ layihələrinə investisiya yatırmağa hazırdır».

Qeyd edək ki, hazırda, ölkədə iki vençur şirkəti fəaliyyət göstərir — Khazar VenturesInfipro. Khazar Ventures şirkəti startup-lara erkən mərhələdə investisiyalar yatırır və biznesin inkişafında, maketinqin qurulmasında və sanəyədə tanıdılmasına yardımçı olur. Infipro şirkəti isə, sahibkarların öz ideyalarını reallaşdırılmasına təkan vermək və bizneslərinin genişləndirilməsinə kömək etmək məqsədilə kiçik həcmdə investisiyalar etməyi nəzərdə tutur.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər