iPhone 6s rəqiblərini məhv edəcək?

iPhone 6s
Android üzərində çalışan smartfonlar meqapiksellərin, giqabaytların və prosessorun nüvələrinin sayına görə iPhone-ları artıq çoxdan geridə qoyublar. Lakin, bu rəqəmlər nə dərəcədə reallığı təsvir edir? Məsəl üçün, Android və iOS üzərində çalışan smartfonları müqayisə edən videolara nəzər yetirsək, görərik ki, rəqəmlərdə fərglərə baxmayaraq, smartfonlar performansa görə başa-baş mübarizə aparırlar. Nəzərə alın ki, indiyə gədər iPhone-un ən güclü smartfonunda RAM 1-ə bərabərdir, prosessoru isə 2 nüvəlidir. Smartfona belə xüsusiyyətlərlə güclü Android smartfonlarından geridə qalmamağa iOS platformasının optimallaşdırması kömək edir. Lakin, şirkət Android smartfonları ilə mübarizə aparmaq üçün artıq yeni bir texnologiya tətbiq etməlidir, çünki, Android smartfonlarını xüsusiyyətlərə görə üstələmək çətin olacaq. Beləliklə, iPhone 6s rəqiblərini üstələyə biləcək mi?

Ekspertlər deyirlər ki, biləcək. İnsayderlərin verdiyi məlumatlara görə, növbəti iPhone modeli yenidən rəqəm göstəricilərinə görə rəqiblərindən geridə qalacaq. Lakin, şirkət Foce Touch adlanan texnologiyasını yeni smartfonlarda tətbiq edəcək. Bu texnologiya smartfonunuza toxunarkən, təzyiqin gücünü ölçəcək. Bu isə, öz növbəsində, smartfonun istifadəçi təcrübəsini tamamı ilə dəyişib, tətbiqlər və oyunlar üçün yeni imkanlar aça bilər.

Force Touch texnologiyası bu gün Apple şirkətinin ağıllı saatlarında, və bir sıra noutbuklarında istifadə olunur, və istifadəçilər tərəfindən böyük rəğbət qazanıb. Analitiklər bildirirlər ki, bu yeni texnologiyanın iPhone 6s-də peyda olması artıq dəqiqdir.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər