Steve Jobs haqqında yeni filmin ilk treyleri peyda oldu

Bu film uzun və keçməkeşli yol keçdikdən sonra, nəhayət ki, ilk treylerini nümayiş etdi. Niyə məhs keçməkeşli? Çünki, Aaron Sorkin-in kinosunu, ilk öncə, Sony Pictures tərəfindən çəkildiyi bildirilmişdir, lakin, Sony-nin bürokratik siyasəti nəticəsində kinonun çəkilişi uzadılmış, aktyor Christian Bale isə layihədən çıxmışdır. Daha sonra, Universal Pictures filmi Sony-dən almağa çalışmış, və 2 il uzanan danışığlardan sonra, kino orijinal adı ilə, 30 milyon ABŞ dollarına alınmışdır.

Treylerdən göründüyü kimi, kinoda əsas rolu Michael Fassbender oynayacaq. Ondan başqa, baş rollarda Seth Rogen, Kate Winslet, Jeff Daniels, və bir sıra digər məhşur aktyorlar olacaqlar.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər