Blizzard şirkətinin Hearthstone oyunu, nəhayət ki, smartfonlarda peyda oldu

Hearthstone
Oyun sevərlərin çoxdan gözlədikləri Hearthstone oyunu kompüterlərdən və tabletlərdən sonra, nəhayət ki, iOSAndroid platformaları üzərində çalışan smartfonlara da köçə bildi. Oyunu smartfonlarda sınayanlar məlumat verir ki, versiyanın adaptasiyası displeyin ölçüsündən asılı olmayaraq uğurlu və rahat alınıb.

iOS istifadəçiləri oyunu buradan yükləyə bilərlər, Android istifadəçiləri isə buradan.

Xəbərdar olmayanlar üçün qey edək ki, Hearthstone oyunu Blizzard şirkətinə məxsusdur, və kartlar üzərində qurulan strategiyadır. Kartlar isə World Of Warcraft oyununun qəhramanlarından ibarətdir. Kompüterlərdə və tabletlərdə mövcut olan bu oyun həvəskarlar arasında böyük rəğbət qazanıb.

3 şərh

m2288
rahatdır alınıbdır. düzəldin
Ayaz_Aliyev
Düzəltdik, təşəkkür edirəm!
m2288
daha alınıb -dır niyə saxladız?

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər