Şriftlərdə çatışmayan "Ə" hərfinin düzəldilməsi


Hər dəfə «A2 AzLat» tipli köhnə şiriftlərlə yazılmış kitablara rast gələndə, türklər demiş «qıcıq» oluram. Belə mətnlər latınca yazılıbmış kimi görünsə də Copy+Paste edəndə rus hərfləri ilə yazıldığı məlum olur. Microsoft 2000-ci ildən "ə" hərfimizi əsas şrifitlərinə əlavə edib, «Azeri (Latin)» klaviatura düzümünü yaradıb, amma bizdə hələ də «Rus» düzümü ilə mətn yığanlarımız var. Mən bunun səbəblərini açıb-tökmək istəmirəm, sadəcə kifayət qədər "Ə" hərfli şriflərimiz olmadığından bu problemin həllinə bir damcı köməyim dəyə biləcək bu məqaləni oxumağınızı istərdim.

Məncə şrift düzəldilməsində ön pillədə olan proqramlardan biri Fontlab 4.5-dir. Ona görə həmin proqrama uyğun "Ə" hərfinin şriftlərə əlavə olunmasını izah edəcəm.

1. Fontlab proqramı ilə "Ə" hərfini əlavə etmək istədiymiz şrifti açırıq.

2. Aşağıdakı şəkildə yaşıl oxlarla göstərilən dəyişiklikləri edirik. Sarı ox, hər işarənin(ki, buna Glyph deyəcəyik) kodunu göstərir. Boz xanalar həmin koda uyğun glyph'in olmadığını göstərir. Tünd yaşıl ilə işarələdiyim isə həm Azəri həm də Türk əlifbaslnda olan glyph'lərdir.

Təbii ki, məsləhətdir ki, şriftləri seçərkən türk hərfləri(şçığöü) hazır olan şrift seçilsin. Çünki, bu şriftdə çatışmayan təkcə "ə" hərfi olduğundan işimiz xeyli yüngülləşəcək. Bir də əvvəlcədən deyim ki, "ə" hərfi heç də 180° çevrilmiş «e» hərfi deyil. Onun öz dəst-i xətti var.Bunun üçün, əl qabiliyyətini göstərmək lazımdır. Font düzəltmək üçün rəssamlıq əl qabiliyyətin olmalıdır, yoxdursa — baş qoşmağa dəyməz.

3. Deməli, əgər bəxtimiz gətirsə bu xanalarda hazır üöğçş hərflərini tapa bilərik, bircə qalır başı bəlalı Ə hərfi. Onun üçün öz koduna uyğun yeni glyph düzəltməliyik.Ctrl+G basırıq, və «uni018f uni0259» (dırnaqsız) daxil edirik

Bu zaman iki ədəd glyph yaranır: birincisi "Ə", digəri isə "ə" üçün. Bir-bir üzərlərinə Alt+Enter basaraq Unikod kodlarını da daxil edirsiniz 018f və 0259:

Və bu xanalarda əl qabilliyətimizi, vektor qrafika üzərində işləmək bacarığımızı nümayiş etdiririk.

4. "Ə" hərfləri hazır olduqdan sonra şiriftə ad qoymaq, bold yoxsa italic, sətirarası məsafə və s. üçün Ctrl+F;
.ttf və ya .otf kimi saxlamaq üçün Ctrl+Alt+G-dən istifadə edirik. Aşağıdakı köməkçi düymələrdən isitfadə etməyi də unutmayın, uğurlar!

18 şərh

Shaig
Super. Olduqca dayladı yazıdır.

Təəssüf ki, hələ də rastlaşmaq mümkündür «A2 AzLat» ilə yazılmış yazılarla. Bunun başlanğıcı əsasən kurslar sonra qəzetlər və s kimi yerlərdir.

Məcburiyyətdən e hərfini çeviririk əksər hallarda. Ancaq yazıda da qeyd olunduğu kimi bu ə`nin yerini tam vermir. Köməyimizə gələn yazıdır təşəkkür.
Millenium
MacroMedia Fontographer 4!
DrELM
90-cı illərdə №1 proqram idi, çoxdandır update olunmur, indi isə №1 məncə AsiaFont Studio'dur – FontLab'ın böyük qardaşı.
Millenium
Update olunası nəsə varki? 2003-cü ildən bu yana heç bir yeni (qlobal) kod səhifəsi və standart yaradılmayıb. Sadəçə UTF-16 UTF-8 üzərində əlavə 4 bayt əlavə olunub, onudakı FOntographerdə etmək olar :) Yox, elə başa düşməki mən konservantam, sadəcə ondan rahatı məncə yoxdur.
Millenium
rashid4ever.narod.ru/download/fonts/index.html — buda mənim Unicode öncəsi şriftlərim :) Onlar Unicode üçün deyil, köhnə (rus) raskladkasındadır (o vaxtlar unicodu dəstəkləyən proqram az idi, QuarkExpress, Fotoşop və s.).

Onları vaxtım olsa unicod-a çevirəcəyəm :)
bizimnetci
Linkdən cəmi 8 font yükləyə bildim :)
Millenium
Hə. Host-uma baxdı. Cəmi 8-i qalıb. Evdə komu yoxlaylm, tapıb yükləyərəm.
Şriftlərin dizaynı xoşuna gəldi?
bizimnetci
Şriftlər yaxşıdır. Ən azından istifadə üçün lat ilə yazanlara böyük ola biləcək şriftlərdir.
Ayyubov
Əlin qolun var olsun! Ləzzət elədi dərslik! :)
Strange
cox superdir cox sga ol dogrudanda artiq uzun muddet bu problem var axirki hec olmasa anlayishimiz oldu
flashland
en lazimli movzulardan birine toxunmusunuz.
Tural
hər halda bu maraqlıdır. Bu şrifti yaradanlar bizim Əə hərfinidə fikirləşsələr çox əla olardı. O qədər maraqlı şriftlər var. Amma bizim hərflər olmayanda heyfslənirəm.
Elvin85
Mene bir defe lazim olmusdu 4-5 il once, onda da Font Creator adli proqramdan istifade edirdim. Deyilene gore de, en populyar font editor odur.
DrELM
Türk hərflərin əlavə olunması:
youtu.be/4lD08jBjRYo
zeynalselver
əla sonunda qarşıma çıxdı bu :)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər