Facebook (Lüğət mənası, açıqlaması və fb nədir?)

Facebook sosial şəbəkəsi haqqında bildiyim və topladığım bütün məlumatları qeyd etməyə çalışacam :)
Facebook insanların digər insanlarla ünsiyyət qurmasını və məlumat alış-verişi etməsini qarşısına məqsəd qoyan bir ictimai paylaşım saytıdır. 4 Fevral 2004 tarixində Harvard Universitetinə qəbul olmuş Mark Zuckerberg tərəfindən qurulan facebook əvvəlcə Harvard tələbələri üçün nəzərdə tutulmuşdu. Daha sonra Boston ətrafındakı məktəbləri də əhatə edən facebook iki ay içərisində Ivy Liqasnın məktəblərinin hamısını əhatə etdi. İlk il içərisində də ABŞ-dakı bütün məktəblər facebookda mövcud idi. Üzvlər əvvəllər yalnız söz mövzusu məktəbin e-poçt ünvanıyla (.edu, .ac, .uk.) üzv ola bilirdi. Daha sonrasında da şəbəkəyə liseylər və bəzi böyük şirkətlər də qatıldı. 11 Sentyabr 2006 tarixində isə facebookun bütün e-mail ünvanları bəzi yaş məhdudlaşdırmalarıyla açıldı. Alexa statistikalarına görə facebook 31 Oktyabr 2010 etibarıyla dünyanın ən çox ziyarət edilən 2inci saytıdır. Bunun yanında Kanada, Cənub Afrika, Norveçin ən çox ziyarət edilən 1-ci saytı, İngiltərə və İsveçin 2-inci ən çox ziyarət edilən saytı, Misir və Panamanın 3, ABŞ, Avstraliya və Türkiyənin də 5inci ən çox ziyarət edilən saytıdır. Facebook adı «paper facebooks»dan götürülüb. Facebookun bu anda 800 (təxminən) milyondan çox istifadəçisi var.
Sayt istifadəçilər üçün ödənişsizdir və gəlirini banner reklamlarından və sponsor qruplarından götürməkdədir (Aprel 2006da gəlirlərin həftəlik 1,5 milyon dollar olduğu bildirilir). İstifadəçilər profillərinə fotoşəkillərini, maraq/əlaqə sahələrini, gizli ya da açıq mesajlarını və qrup yoldaşlarını əlavə edə bilərlər. Profillərin nümayişi yalnız yoldaşlara görünəcək şəkildə və ya müəyyən şəbəkələrin xaricindəkilərə açıq olmayacaq şəkildə məhdudlaşdırıla bilər. TechCruncha görə A.B.Ş.dakı universitetlərdə şagirdlərin 85%inin facebookda bir hesabı var və bunların 60%i hər gün sayta daxil olurlar. 85% hər həftə, 93% isə hər ay daxil olur. Facebook spikeri Chris Hughes isə istifadəçilərin hər gün ortalama 19 dəqiqə facebookda vaxt keçirdiyini söyləyir.
Facebookun qurucusu Harvard Universiteti məzunu Mark Zuckerbergdir.

13 Mart 2009 etibarıyla facebookun yeni interfeysi (timeline) bütün hesablarda istifadə edilməyə başlamışdır. Ancaq bu interfeys istifadəçilər arasında ikilik yaratmışdır. Bəzi istifadəçilər bu interfeysi çox müvəffəqiyyətli, bəziləri isə lazımsız adlandırmaqdadır. Facebook idarəçiləri isə bu yeni interfeys üçün əllərindən gələn bütün yenilikləri etməyə çalışırlar.
Texniki baxımdan isə facebook ən müvəffəqiyyətli Veb 2.0 tətbiqlərindən biridir
2006-cı ildə MySpacenin News Corporationa satılmasıyla facebookun da satılacağı söz-söhbətləri ortaya çıxmışdı. Zuckerberg isə facebooku satmaq istəmədiyini ifadə etmiş və söz-söhbətləri sözün əsl mənasında bağlamışdı.
Hətta ilk təklifin Viacom tərəfindən 975 milyon dollar olduğu, Sentyabr 2006da isə Yahoo 1 milyard dollar təklif etmişdi. Oktyabr ayında isə Google YouTube-u aldıqdan sonra, facebook üçün 2,3 milyard dollar təklif etmişdi.
Facebook idarəçilərindən Peter Thiel isə Facebookun hələ daxili dəyərinin 8 Milyard dollar olduğunu və proyekt gəlirlərinin 2015 ili üçün 1 milyard dollar olduğunu bildirmişdi.
24 Oktyabr 2007-ci ildə Microsoft facebookun 1,6%lik hissəsini 240 milyon dollar ödəyərək aldı. Google və digər şirkətlər də oxşar üsulla facebook hissələrinə yönəlməkdədirlər.
2008-ci ilin Avqustunda Facebookun aylıq 100 milyon aktiv istifadəçisi mövcud idi. İnsanlar bir-birini Facebooka dəvət etdo və bu ədəd 7 ayda iki qatına çıxdı. 2009-ci ilin Aprelində isə bu ictimai şəbəkənin çatdığı insan sayı 200 milyon oldu. 2009-cu ilin İyulunda isə dörd aydan qısa bir müddətdə Facebook istifadəçi sayı 50 milyon daha artaraq 250 milyona çatdı.
23 İyul 2009-cu ildən başlayan bir tətbiqlə Facebooka Yahoo saytı içərisindən çatma imkanı quruldu.
P.S Əlavə etmək istədikləriniz varsa buyurub rəy vasitəsi ilə bildirə bilərsiniz.

Mənbə

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər