Facebook Spamlarından Qorun!

NUmuyev.info
Bir daha salam əziz oxuyucular.
Əvvəlcə bunları qeyd edim ki, facebook, twitter, youtube və s. hansı saytlar ki, izlənmə sayı, abunəçi çoxluğu və s. nəzərə alınır yəni hər an diqqət mərkəzindədir həmin saytlarda hər an kimlərsə mənim dilimdə desək  «mükafat»landırılır. Niyə «mükafat» yazdım?
Baxın bundan əvvəlki mövzuda bəzi saytlar qeyd etmişdim ki, həmin saytlar vasitəsi ilə misal üçün youtube.com — da yerləşdirilən adi bir video çarxa hətta ay ərzində 200.000 baxış sayı yığmaq mümkündür.  Buna görə də abunə sayı minlərlə, bəyənilmə sayı 10 minlərlə olan profil və ya səhifələrə hər an diqqət yetirib yüksəklərdə tutmayın. Siz bununla səhifə admininə sözün əsl mənasında «mükafat» qazandırmış olursunuz.
Keçək əsas məsələyə. Zaman Tunelindən çıxmanın yollarına.
Gözəl dostum bunu bir dəfəlik başa düş ki, Zaman Tunelindən çıxış yoxdur!

Birinci variant. Adamın biri durub bir sayt açır. Daxilinə də istəyindən asılı olaraq kodlardan yığılmış javascript qoyur. Saytda «zaman tunelindən çıx» deyə bir yer olur. Sən ona daxil olursan kompüterinə bir fayl enir. Açırsan o faylı. Əgər trojan deyilsə anti-virus tutmur. Daha pis, əgər bu enən fayl trojan deyilsə böyük ehtimal saxta facebook giriş səhifəsidir. Sən faylı açırsan, sonra facebook giriş səhifəsi çıxır qarşına. Sən facebook e-poçtu və şifrəni yazırsan. «giriş»ə basırsan və getdi hesabın dost. Heç ruhunda duymadı…

İkinci bir variant əyər enən fayl troyandırsa və kompunda anti-virus yoxdursa onda virusun növündən asılı olaraq qarşına heçnə çıxmadan internə bağlanan anda kompüterində olan bütün növ lazımlı fayllar digər bir ünvana göndərilir. (Bu fayllara misal olaraq; *.txt, *.php, *.conf, *.doc(x) və s.)

Üçüncü variantda təhlükəli bir o qədərdə iş görülmür ancaq yenə də istəkdən asılı olmayaraq nə isə icra olunur. Yüklədiyiniz faylın daxilində kimlərinsə facebook profilləri yerləşdirilir. Bu faylı açırsan və sən avtomatik olaraq həmin şəxsə və ya şəxslərə abunə olarsan. Beləliklə o adam yüz minlərlə abunəyə sahib olur. Fərqində olmadan bəzilərini kral edirsiniz. Təbii ki, ola bilər bunlar sizə heç maraqlı da deyil. Mən yalnız xəbərdar etdim.

Dördüncü variant.  Ola bilər ki, çoxunuz facebook da son yayılmış reklam (artıq spam) növünü görmüsünüz. Bu aralar heç istəmədən daxil olduqum sayt da məni bu zibilə salmışdı. Bu variant da yuxarıda saydıqlarıma aiddir. Təsəvvür edin siz istəmədən zaman tunelinizdə «arıqlama, səyahət» və s. zir-zibil spamlar yayılır. Haradan gəldiyini isə tapa bilmirdim. Bunun qarşını almaq üçün düşündüyüm varianta əl atdım. Bütün fb applicationlarını deaktiv etdim. Heç bir application profilimdə paylaşım edə bilməzdi. Ancaq əvvəl paylaşımlar «Skype», «Twitter» ilə olurdusa indi sadəcə öz adımdan oldu. Aha burada sözün əsl mənasında barmağımı dişlədim. :) Deməli nəticə belə olurdu ki, biz daxil olduqumuz spam saytının facebookdakı applicationlarla əlaqəsi 100də 10dur. Əsas iş brauzerin və kompüterdəki programların üzərinə düşür. Hansı ki, həmin programlar facebookla əlaqələnmişdi. Misal üçün Skype. Komp programlarının artıq bir rolu qalmaşıdı. Çünki facebook applicationların hamısını bağlamışdım. İndi isə işlətdiyim Google Chrome brauzerini köklü sildim. Yəni ardında heç bir iz buraxmadan. Yenidən yüklədim və daxil oldum. Hər şey normal işləyir.
Son sözüm olaraq yazıram ki, beyninizi belə şirnikləndirici reklamlara inandırmayın.

 Mənbə

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər