Offline mobil luğet

Mobil telefonda hər nə qədər şəxsən AzerDict istifadə etsəm də, offline lüğətlər sisteminə ehtiyac var. Sizə Siemens SL45i-dən başlayaraq Android'ə qədər düzəltdiyim lüğətləri paylaşacam. Nəzərə alaraq ki, gələcəkdə ehtiyaca görə lüğət formatı dəyişilə bilinən və ya hər hansı platforma rahat uyğunlaşdırılan (konvertasiya) olması üçün açıq kod olaraq XDXF formatına çevirdim.

Bu lüğətlərin yaranmasında Regular Expressions istifadə olunduğu kimi başqa formatlara (məs.: ZD, Stardict, Lingvo) konvertasiyada da istifadə edə bilərsiniz.

▼ Azeri — English 1323 kb
▼ Azeri + English 742 kb
▼ English — Azeri 825 kb
▼ English + Azeri 824 kb

▼ Azeri — Russian 555 kb
▼ Russian — Azeri 3387 kb

▼ English — Turkish 1783 kb
▼ Turkish — English 1434 kb

▼ English Oxford Reference 4208 kb
▼ English — Russian (Mueller) 2846 kb

▼ Osmanlıca-Türkce Sözlük 137 kb
▼ Türkce Izahlı Lüğet 288 kb

Cəmi: 12 lüğət — 486764 söz başlığı

Androiddə
Fora Dictionary ilə bu lüğətlərdən istifadə etmək mümkündür. Ümumiyyətlə funksionallıq cəhətdən Fora android platformunda məncə #1-dir. Lüğətləri tanıtdırmaq üçün menyudan
Settings > Manage > Add > Local Compressed
ilə yaddaşa köçürtdüyünüz .zip faylları göstərməniz kifayətdir. Fərqli istiqamətli lüğətləri isə (məs.: Deu-Eng) internetdən endirib offline istifadə etmək olur.


Foraya lüğətlərin əlavə olunması



Burada dayanıb bir-iki kiçik məsləhətlər vermək istəyirəm. Əgər sisteminiz "Ə" hərfini dəstəkləyirsə(göstərə bilirsə) menyudan
Settings > Substitute phonetic charecters
quşu yığışdırmaqla bitmap fontdan yaxa qurtarmaq olar.

Klaviaturanızda "Ə" hərfiniz yoxsa, Fuzzy search özəlliyindən istifadə yararlı olacaq:




iPhone-cu olmadığım üçün onlara Easy XDXF dictionary-dan başqa alternativ verə bilməyəcəm.




WindowsPhone 6 və Symbian
Abbyy Lingvo'nu qurduqdan sonra ▼ lüğətləri yaddaşdakı Abbyy Lingvo\dic qovluğuna qoymaq lazımdır.



Nokia S40 platformu
(o cüml. bəzi SonyEricsson və Samsung) üçün isə Java lüğətlərimi (.jar formatda) paylaşıram:
▼ Lüğətlər Paketi 1 8.1 Mb



Ətraflı məlumat üçün:

luget.info




Internetdə PDF formatda bu lüğətlər də var:
▼ Orfoqrafiya lüğəti 1.1 Mb
▼ İzahlı lüğət 13.6 Mb

4 şərh

abdullayev11
Çox lazımlı proqramlardır. Əsas üstünlüyü offline olmasıdır. Bir də ki DrELM sözü mənə tanış gəldi. Elnur sənsən?
haci5555
Yükləmək qeyri-mümkündü. hər dəfə yükləmək istəyəndə Ubuntu One səhifəsi açılır. nə etmək olar ki, yükləmə mümkün olsun?
samir105
Hə müəllifin qoyduğu linkdən indi yükləmək olmur, mən rus və ingilis dili üçün lüğətləri götürmüşdüm əvvəl, istəsəz göndərərəm.
emilse
salam mene abby lingvonun symbian lugetini gondere bilersiniz

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər