Azərbaycan dilində WordPress pluginlər - Contact Form 7 ver. 3.1


WordPress pluginlərin Azəri dilinə tərcüməsi.

Wordpressin pluginlər səhifəsinə baxanda bir çox pluginlərin müxtəlif dillərə olan tərcümələrini gördüm. Fikirləşdim ki, Axı niyə görə Azəri dili bu dillər sırasında olmamalıdır? Sırf buna görə vaxta israf edirəm deməyib, WordPress pluginlərdən ən məşhurlarını tərcümə etməyə başladım və plugin müəlliflərinə göndərdim. Bunlardan isə Contact Form 7 plugini ilk olaraq yeniləndi və yeni versiyaya «Azeri» dili daxil edildi. Təbbi ki, tərcümədə bəzi sözlərin tərcüməsində nöqsanlar ola bilər. Ona görə də, nöqsanların düzəldilməsi üçün sizlərdən təklif və tələblər gözləyirəm.

Pluginlərin Azəri dilində görünməsi üçün bunları edin.

Wordpress pluginlərin bir çoxlarının Azəri dilində olan versiyalarının Admin Paneldə və blogda görünməsi üçün aşağıdakıları edin:

1.WordPressin təməl papkasında yerləşən wp-config.php (wordpress->wp-config.php) faylını mətn redaktorunda açın (məs.Notepad++).
2.define('WPLANG', ''); kodunu tapın.
3.Onu define('WPLANG', 'az_AZ'); ilə əvəz edin və Save As edin.

Contact Form 7 tənzimləmələri və blogda "Əlaqə" bölməsinin yaradılması .

1.İlk öncə plugini yükləyib və quraşdırmaq lazımdır. Bunun üçün Admin Paneldə Plugins->Add New bölməsinə daxil olaraq, axtarış formuna Contact Form 7 yazaraq, açılan səhifədən yükləmək olar. Ya da WordPressin pluginlər səhifəsindən yükləyərək quraşdıra bilərsiniz.
2.Plugini Plugins bölməsindən aktivləşdirin.
3.Settings->Əlaqə bölməsinə daxil olun.
4.[contact-form-7 id=«12» title=«Contact form 1»]
5.Yuxarıdakı kodu Pages->Add New (Yeni Səhifəyə) copy+paste edin, adını "Əlaqə" (yaxud istəyinizə uyğun) qoyun və Publish düyməsinə vurun.
6.Sonra Appearance->Menus bölməsində Pages hissəsindən 5-ci bənddə yaratdığımız "Əlaqə" səhifəsini öz menyunuza daxil edin.
7.Save Menu düyməsinə vuraraq yaddaşda saxlamağı unutmayın.
8.Blogunuzu açın, Menyular arasında "Əlaqə" menyusu yaranmalıdır.

Son olaraq tərcümə barədə bir neçə söz.

Azəri dilinə tərcümə etdiyim Contact Form 7 version 3.1 plugininin «Azəri» dili versiyasını test edərkən, WP Admin Panel->Settings->Əlaqə bölməsində (pluginin nizamlamalarında) bəzi söz və cümlələrin ingilis dilində qaldığını gördüm. Çox təəccübləndim, çünki tərcümə edərkən, tərcümə edilməmiş hissə saxlamamışdım və təkrar gözdən keçirdikdə tərcümədə problemin olmadığı qənaətinə gəldim. Pluginin müəllifinə yazdım. Çox güman ki, pluginin növbəti versiyasında, plugin müəllifi bu səhvləri aradan qaldıracaqdır. Sizdən isə öz şərh və fikirlərinizi gözləyirəm.

4 şərh

saka-muka
Plugin üçün təşəkürlər. bir sual vermək istəyirəm necə edə bilərəm həmin əlaqə bolməsində şərh yazmaq mümkün olmasın?
thebayramli
Yəqin ki, page kimi yaratmısız. Wordpressin temanız olan qovluğunda page.php faylından
<?php comments_template( '', true ); ?>

bu kodu silin.
saka-muka
Təşəkürlər admin panelden onu yiğışdırmaq olur
Bir sualda verim bu plugində yazilan məktublar yalnız maila gəlir? onu paneldən oxumaq mümkün deyil?
thebayramli
Çox təəsüf ki, yalnız maili ilə oxuya bilərsiniz. Belə bir plugin var, amma bu plugin qədər geniş funksionala sahib deyil. Həm də ki, hostingdə artıq yer tutur maillər, məsləhət deyil.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər