WordPress quraşdırıldıqdan sonra tənzimləmələr və seçimlərin düzəldilməsi


Ümumi Məlumat:

WordPressi Real Serverdə quraşdırdıqdan sonra tənzimləmələri qaydasına salmaq lazımdır ki, gələcəkdə əlavə problemlər yaranmasın. Bunun üçün öncə Admin panelə daxil olmaq lazımdır. WordPress blogumuzun Admin Panelinə daxil olmaq üçün (istər real, istərsə local serverdə), browserdə sizinblog.com/wp-admin yazırıq, sonra WordPressi quraşdırarkən təyin etdiyimiz administrator adı və şifrəsin yazıb daxil oluruq. Daxil olduqdan sonra Admin Panelin menyusunda Tənzimləmələr (Settings) Menyusunda olan, Ümumi (General), Writing (Yazma), Reading (Oxuma), Discussion (Müzakirə), Media (Media), Privacy (Məxfilik), Permalinks (Perma Linklər) alt menyularına bir-bir daxil olaraq tənzimləməliyik.

Ümumi (General):

Site Title -> Bura blogunuzun adın yazın, Məsələn: bloglayaq.com.

Tagline -> Bir neçə sözlə blogunuz haqqında yazın, Məsələn: Blog, web dizayn, cms və bir çox İT, Sosial, Dini, Elmi mövzularda məqalələr və video dərsliklərdən ibarət blog.

WordPress address (URL) -> WordPressi quraşdırdığınız ünvanı yazın, Məsələn: real serverdə – bloglayaq.com, local serverdə – localhost/wordpress_olan_papka. Ola bilər ki, wordpressi alt papkada quraşdırmış olasınız, bu halda wordpress quraşdırılan papkanın dəqiq ünvanın yazın, məsələn: sizinsayt.com/blog.

Site address (URL) -> Saytınızın URL ünvanı, istifadəçilərin öz browserlərindən sizin bloga hansı ünvandan gəlməsini istəyirsinizsə onu yazın, Məsələn: real serverdə – bloglayaq.com, local serverdə – localhost/wordpress_olan_papka.

E-mail address -> Administratorun emaili – İstifadəçilərlə əlaqə və s. üçün bloga məxsus olan email, Məsələn: [email protected]

Membership -> Blogunuzda istifadəçilərin qeydiyyatdan keçməsini istəyirsinizsə, qarşısını nişanlayın.

New User Default Role -> Qeydiyyatdan keçən yeni istifadəçinin statusu, Administrator, Editor, Author, Contributor, yaxud Subscriber seçə bilərsiniz. Qeydiyyatdan keçmiş istifadəçilərin idarə edilməsi üçün Administration > Users > Users Screen bölməsindən istifadə edilir.

Timezone – > Saat Qurşağı, Bakı şəhəri üçün UTC+4 seçilir.

Date Format – > Tarix formatı, hazır formatlardan və şəxsi formatınızdan istifadə edə bilərsiniz. Şəxsi formatınızı daxil etmək üçün Admin paneldəki – Documentation on date and time formatting linkindən oxumaqla tanış ola bilərsiniz. Məsələn: mən d.m.Y yəni 01.01.2012 tipli formatdan istifadə edirəm. Xatırladım ki, blogunuzda təqvim aylarının adlarının Azərbaycan dilində olmasını üçün, wordpress/wp-includes/locale.php faylında ingilis dilində olan ay adlarına uyğun olaraq Azərbaycan dilinə tərcümə etmək lazımdır. WordPress 3.1 versiyasının locale.php faylını aşağıdakı linkdən yükləyərək istifadə edə bilərsiniz, çox güman ki WordPressin digər versiyalarında da locale.php faylı eyni cürdür, lakin test etməmişəm. locale.php faylını serverinizdə wp-includes papkasında olan originalı ilə əvəz etmək lazımdır. Azərbaycan dilində təqvim ayları üçün locale.php faylını bit.ly/x3Y34Q — burdan yükləyə bilərsiniz.

Time Format – > Saat formatı, hazır seçimlərdən və şəxsi formatdan istifadə edə bilərsiniz, məsələn: mən 24 saatlıq formatı istifadə edirəm, 19:44 kimi.

Week Starts On – > Həftənin başlanğıc günü, Monday.

Sonda Save Changes buttonuna sıxıb, tənzimləmələri yaddaşda saxlamağı unutmayın.

Yazma (Writing):

Size of the post box -> Admin Paneldə Post və ya Page yazarkən istifadə olunan mətn redaktorunun standart sətr sayı, məsələn: 30. Siz həmçinin mətn redaktorunun sağ aşağı küncünə mouse-u gətirib sol düyməsini sıxıb dartmaqla da mətn redaktorunun ölçüsün istəyinizə uyğun dəyişə bilərsiniz.

Formatting -> 2 seçimi vardır:

Convert emoticons like :-)and :-P to graphics on display -> qarşısına nişan qoymaqla bütün blogda (post, page, commentlərdə) emosiya bildirən simvolları uyğun smile-na çevirə bilərsiniz, məsələn: :)
WordPress should correct invalidly nested XHTML automatically -> qarşısına nişan qoyanda, WordPress yanlış olan XHTML kodları avtomatik olaraq düzəldəcəkdir. Məsələn: Mən bunu nişanlamamışam, çünki avtomatik düzəltmələrdə problem yarana bilər.
Post via e-mail -> Email vasitəsi ilə bloga məqalə yazmaq. Əgər buna ehtiyacınız varsa, en.support.wordpress.com/settings/writing-settings/ — burdan ətraflı oxuya bilərsiniz.

Remote Publishing -> Məsafədən nəşr etmək. 2 seçimi var (hər ikisini nişanlamaq məsləhətdi):

Atom Publishing Protocol – > Atom RSS üçün, nişanlayın.

XML-RPC -> Digər proqramlar vasitəsilə post yazmaq üçün nişanlanmalıdır. Məsələn: Windows Live Writer proqramı ilə Admin panelə girmədən postlar yazmaq olur.

Update Services -> rpc.pingomatic.com/ buna əl vurmayın. codex.wordpress.org/Update_Services — Ətraflı burdan tanış ola bilərsiniz.

Oxuma (Reading):

Front page displays -> 2 seçimi var:

Your latest posts -> bloggerlər adətən bunu seçirlər, belə ki, ayrı-ayrı kateqoriyalara daxil etdiyiniz son postlarınız Ana Səhifədə görüntülənir. Məsələn: bloglayaq.com/ blogunda olduğu kimi.
A static page (select below) -> 2 alt seçimi var:
Front page: Ana Səhifədə standart olaraq görüntülənəcək sabit səhifə. Məsələn: Ana Səhifədə ziyarətçilərin sizin tərcümeyi halınızı oxumaqlarını istəyirsinizsə, page bölməsində haqqımda səhifəsi yaradıb bu bölmədə seçə bilərsiniz. Tez-tez yenilənən bloglar üçün bu metod məsləhət deyil.
Posts page: Postların səhifəsi, postların hansı menyu (page) adı altında görüntülənməyini istəyirsinizsə qarşısından uyğun page seçin.
Blog pages show at most -> Ən çox görüntülənən post sayı, 5-dən çox məsləhət deyil, çünki blogunuz yüklənərkən gecikmələr ziyarətçiləri bezdirə bilər.

Syndication feeds show the most recent -> RSS üçün ən çox xaric edilən post sayı, 5-dən çox məsləhət deyil.

For each article in a feed, show ->2 seçimi var:

Full text -> RSS-də post bütöv şəkildə nəşr ediləcək.
Summary – > RSS-də postun ilk 55 hərfi nəşr ediləcək və davamını oxumaq linki görüntülənəcək.
Encoding for pages and feeds – > Postlar və RSS üçün encoding ( simvol tipi). Azərbaycan əlifbasının problemsiz istifadəsi üçün UTF-8 dəyişdirilməməlidir.

Müzakirə (Discussion):

Default article settings -> 3 seçimi var ( hamısının nişanlanması məsləhətdir):

Attempt to notify any blogs linked to from the article -> nişanlanmalıdır. Postlarınızı digər bir bloga xaric etmək üçün. Məsələn: bloqçular şəbəkəsi kimi saytlarda yeni postlarınızın avtomatik paylaşılması üçün.
Allow link notifications from other blogs (pingbacks and trackbacks.) -> Digər bloglardan link bildirişləri qəbul etmək üçündür.
Allow people to post comments on new articles -> Yeni məqalələrinizə insanların şərh bildirməsinə icazə vermək üçün, nişanlanmalıdır.
Other comment settings -> 5 seçimi var:

Comment author must fill out name and e-mail -> Bu seçim nişanlanarsa, şərh yazan öz Adı və E-mailini daxil etməlidir. Nişanlanmazsa, anonim olaraq şərh bildirəcək. Məsələn: Mən nişanlamışam.
Users must be registered and logged in to comment -> Nişanlanarsa, şərh yazmaq üçün istifadəçilərin qeydiyyatdan keçməyi və sistemə daxil olmağı tələb olunur. Adətən bloggerlər bunu nişanlamır.
Automatically close comments on articles older than 14 days -> 14 ( dəyişilə bilən) gündən sonra postlarda şərh yazmaq bağlanılır. Məsələn: Mən nişanlamamışam.
Enable threaded (nested) comments 5 levels deep -> Nişanlamaq, iç-içə daxil edilmiş şərh görüntüsünə icazə verir, belə ki bir ziyarətçinin şərhinə digəri cavab verərkən, cavab şərhi budaqvari açılıb-bağlanan formada olacaqdır. Baxmayaraq ki, WordPress standart olaraq 5 level seçib, amma rəsmi dəstək səhifələrində 3 leveldən çox seçmək məsləhət görülmür.
Break comments into pages with “50″ top level comments per page and the “last” or ”first” page displayed by default Comments should be displayed with the “older” or ” newer” comments at the top of each page -> Postlara çoxlu şərhlər yazıldığı halda onları səhifələrə bölə bilərsiniz. Ən yuxarıda yeni yoxsa köhnə şərhlərin görüntülənməsini seçə bilərsiniz.
E-mail me whenever -> 2 seçimi var:

Anyone posts a comment -> Nişanlanarsa, İstənilən şəxs postlara şərh yaza bilər.
A comment is held for moderation -> Nişanlanarsa, Şərhlər yoxlandıqdan sonra təsdiqlənir. Blogunuzda lazımsız şərhlərin, spamların qarşısını almaq üçün əla seçimdir.
Before a comment appears -> 2 seçimi var:

An administrator must always approve the comment -> Nişanlanarsa, administrator yazılan şərhləri təsdiqləmək hüququna sahib olacaq.
Comment author must have a previously approved comment -> Nişanlanarsa, Ziyarətçi ilk dəfə blogda şərh yazıbsa təsdiqləndiyi təqdirdə növbəti dəfələrdə onun şərhlərinin təsdiqlənməsinə ehtiyac olmayacaq. Yalnız yeni istifadəçilərin şərhləri təsdiqlənməli olacaq.
Comment Moderation -> Hold a comment in the queue if it contains 2 or more links -> Bir çox spam şərhlərdə reklam xarakterli çoxlu linklər olur. Standart olaraq 2 linkə icazə verilir, artırılıb-azaldıla bilər. Əgər 0 seçilərsə – An administrator must always approve the comment olan əvvəlki maddədəki tənzimləmə ilə eyni olur. Mətn daxil etmək üçün qoyulan mətn bloku yerinə isə şərhin təsdiqlənməsinə ehtiyac duyulacaq sözlər yazılır ki, bu sözlər şərh yazılan sözlərlə uyğunluq təşkil etdikdə, həmin şərhin təsdiqlənməsi lazım olur.Məsələn: əvvəlcədən “log” sözü yazılarsa, şərhlərdə “log”, “blog”, “weblog” sözləri daxil edildikdə, bu şərhin təsdiqlənmədən nəşr edilməməsinə səbəb olacaq.

Comment Blacklist -> Şərhlər üçün Qara Siyahı, əvvəlki tənzimləmə ilə oxşardır. Burda isə əvvəlcədən sözlər daxil edirsiniz, şərhlərdə bu sözə uyğun söz yazıldıqda həmin şərh spam olaraq qeyd olunur.

Avatars (Şərh Yazanın Şəkili) -> Şərh müəlliflərinin şəkillərinin görünməsi vizuallığı və gözəl effekti ilə görünüşdə xoş hal yaradır. Bunun üçün gravat.com ünvanında istifadəçi hesabı yaradılır, hesab yaradıldıqdan sonra şəxsi şəkil (avatar), email və s. tənzimlənir. Bundan sonra hər hansı wordpress üzərində qurulmuş blogda şərh yazarkən gravatar.com-da tənzimləmələrdə aktiv edilən email ünvanı yazılarkən istifadəçinin avatarı peyda olur. Razılaşaq ki çox əla bir metoddur, 1 dəfə gravatar.com saytında qeydiyyatdan keçməklə yüzlərlə blogda şəkilimizin görüntülənməsini təşkil etmiş oluruq.

Avatar Display -> 2 seçimi var:

Don’t show Avatars -> Seçilərsə, Avatarları göstərməyəcək.
Show Avatars -> Seçilərsə, Avatarları göstərəcək. Məsləhətdir.
Maximum Rating -> G standart olaraq seçlimişdir, bu halda yaş və s. kateqoriyalarına limit qoyulmur. Limitlər üçün digərlərindən uyğun birini seçə bilərsiniz.

Default Avatar -> Zövqünüzə uyğun standart avatar tipini seçin.

Media (Media):

Image sizes

Thumbnail size -> 150*150 standart olaraq seçilmişdir, istəyə uyğun dəyişdirilə bilər.

Medium size -> 300*300 standart olaraq seçilmişdir, istəyə uyğun dəyişdirilə bilər.

Large size -> 1024*1024 standart olaraq seçilmişdir, istəyə uyğun dəyişdirilə bilər.

Embeds

Auto-embeds -> When possible, embed the media content from a URL directly onto the page. For example: links to Flickr and YouTube -> Youtube, Vimeo və s. saytlardan videoya uyğun URL daxil edərkən adi mətn URL parçasın avtomatik olaraq Video playerə çevirir.

Maximum embed size -> Video playerin maksimum ölçüləri.

Uploading Files

Store uploads in this folder -> Bloga yüklənəcək faylların saxlandığı papkanın adı yazılır. Yüklənən fayllar standart olaraq wp-content/uploads papkasında saxlanılır. Məsələn: wp-content papkasında myuploads papkası yaradıb, bu tənzimləmədə wp-content/myuploads daxil etməklə bloga yüklənən faylların bu papkada saxlanmasına nail ola bilərik.

Full URL path to files -> Yuxarıdakı tənzimləmə ilə oxşardır, standart olaraq boş qoyulur. Əgər dəyişikliklər etmək istəsəniz gərək tam URL ünvan yazasınız. Məsələn: bloglayaq.com/sizin_papka

Organize my uploads into month- and year-based folders -> Nişanlanarsa, bloga yüklənəcək fayllar upload papkası içərisində yükləndiyi tarixə uyğun papkada saxlanılacaq.

Məxfilik (Privacy):

I would like my site to be visible to everyone, including search engines (like Google, Bing, Technorati) and archivers -> Standart olaraq seçilməlidir. Blogunuzun hər kəs, hətta Axtarış Sistemləri üçün görünən olması üçün seçilməlidir.

I would like to block search engines, but allow normal visitors -> Axtarış Sistemlərinin blogunuza daxil olmasını bloklamaq, lakin adi ziyarətçilər üçün açıq olması üçündür. Seçilməsi məsləhət deyil.

Permalinks (Perma Linklər):

Bu blogunuzun URL ünvanlarını tənzimləmək üçündür. Blogun URL ünvanlarının həm istifadəçilər, həm də Axtarış Sistemləri üçün asan və oxunaqlı olması blogun uğur qazanmağına səbəb ola bilər. Başqa sözlə SEO URL ünvanlar bütün bloggerlərin işinə yarayır. Bunun üçün aşağıdakı tənzimləmələrə baxaq.

Common settings

Default -> bloglayaq.com/?p=123 – Razılaşaq ki nə asandır, nə oxunaqlı.

Day and name -> bloglayaq.com/2012/01/12/sample-post/ – az da olsa səliqəlidir, amma çox uzundur.

Month and name -> bloglayaq.com/2012/01/sample-post/ – yuxarıdakına oxşardır.

Numeric -> bloglayaq.com/archives/123 -> pis deyil, amma bundan da yaxşı formatlar var.

Custom Structure -> Daxil edilə bilən şəxsi format, mənim seçimim belədir, /%category%/%postname% /. Razılaşaq ki, həm oxunması, həm də görünüşü çox anlaşıqlı və SEO URL tiplidir. Əlavə olaraq, /%category%/%postname%/ .html kimi də URL ünvanlardan istifadə etmək olar, bu halda URL ünvanlarınızın sonuna .html əlavə olunacaq. Ətraflı olaraq, burdan oxuya bilərsiniz.

Optional

Category base -> Təməl olaraq kateqoriya URL tipi daxil edilir.Məsələn: Mən boş saxlamışam.

Tag base -> Təməl olaraq Tag URL tipi daxil edilir.Məsələn: Mən boş saxlamışam.

Son olaraq…

Onu Qeyd edim ki, WordPress quraşdırıldıqdan sonra bu Tənzimləmələrin edilməsi mütləqdir. Elə incə məqamlar var ki, sonralar blogunuzda post və istifadəçi sayı artdıqca problemlər yarana bilər. Təcrübəniz artdıqca bunun şahidi olacaqsınız.

Video Dərslik

Video dərslik sevənlərə bu dəfə də şad xəbərim var. Yuxarıda danışılan mövzu haqqında video dərslik hazırlamışam. Əgər məqaləni və video dərsliyi bəyəndinizsə, onu sosial şəbəkələrdə paylaşaraq digər insanlara da informasiya çatması ilə özünüzü yaxşı hiss edəcəksiniz, mən də izləyənlərimin artdığını gördükcə daha da faydalı şəkildə fəaliyyət göstərəcəm. Təcrübə sahibləri isə şərh bildirməklə təcrübəyə ehtiyacı olanlara yaxşılıq etmiş olacaqlar.

2 şərh

banti7997
There are more different option to open this panel in window 10,command prompt are most usually in operating system in the world,get command prompt windows 10 commandpromptwindows10.com command prompt as administrator windows 10,we help this panel to command desktop,and easily HD video to convert mp3,this information are very helpful and forward with friends.
robertfcrocker
Will any experienced writer having expertise in literature review work on my literature thesis on modern novels? Liked your DissertationTeam reviews a lot and need your services immediately.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər