WordPressin Localhostda quraşdırılması

blogumda oxuyun: bit.ly/tzGXPW
Ümumi Məlumat.

Denwer və ya Wamp – ı quraşdırdıqdan sonra, fəal olaraq blog yaratmağa başlamaq üçün WordPressi öz komputerimizə yükləyib localhostda WordPresslə işləməyi öyrənməliyik. Növbəti mərhələdə blogun bütün texniki işlərini həll etdikdən sonra növbə bloggerliyə çatır. Tələsməyə ehtiyac yoxdur, localda işləməyi öyrənməklə işin yarıdan çoxunu həll etmiş oluruq. Sonra isə aldığımız hostingin (hostingin necə alınmasını bilməyənlər üçün) server komputerində (real serverdə) öz blogumuzu son mərhələ olaraq işlək vəziyyətə gətirmək lazımdır. Ümumiyyətlə onu deyim ki, öz blogunuzu 2 cür yarada bilərsiniz:

Localhostda yaradıb, Real serverə köçürməklə
Birbaşa Real serverdə yaratmaqla
Hər ikisinin mənfi və müsbət tərəfləri vardır. Localhostda öz blogunuzu yaratmaq üçün daima internetə ehtiyac yoxdur və real serverə köçürərkən Məlumatlar bazasında papkaların adlarında dəyişiklik etmək lazımdır ( hələ gözlənilməz problemləri heç demirəm ). Bu isə bu işə yeni başlayanlar üçün çətin ola bilər. Birbaşa real serverdə blogunuzu yaratmaq üçün isə internetlə bağlantı olmalıdır və çox vaxt itirmək təhlükəsi də vardır. Əgər birbaşa real serverdə WordPressi quraşdırmağı fikirləşirsinizsə, tələsməyin, çünki localda WordPressi öyrənmək lazımdır. Deyə bilərsiniz ki, real serverdə WordPressi qurmaqla birbaşa öyrənmək mümkündür, amma düşünün ki, tam işlərinizin tamamlanmasına yaxın nəysə problem çıxsa işə yenidən başlamalı olacaqsınız ( təzə başlayanlar üçün deyirəm ).

Denwer ilə Wamp arasında seçim etmisinizsə, artıq işə başlamaq vaxtıdır. Mən Wamp – ı seçdim, localda WordPressi quraşdırmağı Wamp üzərində quraşdırılması göstərilən aşağıdakı video dərslik ilə izah etdim. “Denwerçilər” inciməsinlər, qismən də olsa onları da nəzərə almışam.

WordPressin Localhostda quraşdırılması addım-addım.

WordPress.org saytından WordPressin son versiyasını və ya köhnə versiyalarından birini öz komputerimizə yükləyirik.
Local Serveri işə salırıq ( Denwer və ya Wamp – ın iş stolundakı aktiv etmək düymələri ilə ).
Localhostda proyektlərin yerləşdiriləcəyi www (Wamp üçün C:/wamp/www; Denwer üçün isə Z:/home/localhost/www (və ya C:/WebServers/home/localhost/www) papkasında yeni proyekt üçün uyğun papka yaradırıb ad veririk.
Yüklədiyimiz wordpress-versiya.zip (məsələn:wordpress-3.3.zip) arxivini www papkasında yaratdığımız yeni papkaya boşaldırıq.
PhpMyAdmin – ə daxil olub (browserdə localhost/phpmyadmin yazmaqla və ya Wamp – ın menyusundan) yeni məlumatlar bazası və ona giriş haqqı olan istifadəçi adı yaradırıq.
Browserdə localhost/sizin_blog (uyğun olaraq blogun papkasının adı və ya Wamp – ın menyusundan Localhostu seçməklə ) yazıb, açılan səhifədə PhpMyAdmində yaratdığımız baza adını və istifadəçinin adı ilə şifrəsini daxil edirik.
Quraşdırma səhifəsində növbəti mərhələyə keçirik.
Bloga ad seçirik və daxil edirik.
Admin Panelə giriş icazəsi üçün istifadəçi adı və şifrə daxil edirik.
Əlaqə üçün email daxil edirik.
Quraşdırmanın son mərhələsi – bütün addımlar düzgün edildisə WordPress localhostda uğurla quraşdırılacaq.
Admin panelə giriş səhifəsi açılacaq. 9-cu mərhələdə daxil etdiyimiz istifadəçi adı və şifrəni yazmaqla admin panelə daxil ola bilərik.
Browserdə localhost/sizin_blog (uyğun olaraq blogun papkasının adı) yazmaqla blogun özünü də görə bilərik.
Ola bilər ki, bu sıralama ilə sizə çox çey qaranlıq qalsın, amma hazırlanmış video dərslik hər şeyi anlamaqda asanlaşdıracaq. Video dərslik ilə yuxarıdakı sıralamanı tutuşdurmaqla WordPressi Localhostda quraşdırmaqda işiniz xeyli asanlaşacaq. Video dərslikdə sizə qaranlıq və aydın olmayan məqamlar haqqında şərh yazmağı unutmayın. Növbəti dərslərdə görüşənədək, bu görüşlərimiz isə get-gedə daha maraqlı olacaq.



blogumda oxuyun: bit.ly/tzGXPW

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər